
Baş IT auditor

Negotiable
Baş IT auditor
OriginalYesterday
Description
Fərdi məlumatların işlənməsi və mühafizəsi prosesləri üzrə audit və monitorinqlərin həyata keçirilməsi; Fərdi məlumatlar haqqında qanunvericiliyin tələblərinə uyğunluğun qiymətləndirilməsi, uyğunsuzluq və risklərin müəyyən edilməsi; Audit və monitorinqlər zamanı aşkar edilmiş faktların sənədləşdirilməsi və sistemləşdirilməsi; Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması məqsədilə görülən tədbirlərin icra vəziyyətinin qiymətləndirilməsi; Audit və monitorinq fəaliyyətlərinin aparılması üçün daxili prosedur və metodologiyaların formalaşdırılmasında və təkmilləşdirilməsində iştirak; Audit zamanı toplanmış sübutların obyektivliyinin və tamlığının təmin edilməsi; Audit və monitorinq fəaliyyətləri üzrə prioritetlərin müəyyən edilməsində iştirak.
Tələblər:
İnformasiya texnologiyaları, informatika, kompüter elmləri, informasiya təhlükəsizliyi, tətbiqi riyaziyyat, data analitika ixtisasları üzrə ali təhsil;Beynəlxalq sertifikatlara malik namizədlərə üstünlük verilir (ISO/IEC 27701 və ya oxşar sahələr üzrə beynəlxalq standartlar üzrə təlim və ya sertifikatlar);Verilənlər bazası və PL/SQL üzrə işləmək bacarığı;Microsoft Office proqramlarında işləmək bacarığı;Səlist və aydın danışıq\yazı qabiliyyətinin olması.
İş vaxtı: 09:00 - 18:00 (həftənin 5 günü)
Vakansiya növü: Tam ştat
Şirkət: Milli Kibertəhlükəsizlik Agentliyi
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/nca/nca-bas-it-auditor-83490041/apply
Similar listings


1 800 ₼
Tikinti şirkətinə aşağıda qeyd olunan mühəndislər axtarılır. 1)Rabitə
MehdiabadYesterday 11:18













