Prayk
Baş mühasib — Maliyyə
Negotiable

Baş mühasib

VerifiedYesterday
Category
Finance
Date
Views
7
Number
№4904076

Description

"Planeta İKŞ" peşəkar komandamıza maliyyə-mühasibat proseslərini tam idarə edəcək, dəqiq və məsuliyyətli Baş mühasib dəvət edir. Əsas vəzifə öhdəlikləri Uçotun idarə edilməsi: Müəssisənin mühasibat və vergi uçotunun AR Vergi Məcəlləsinə və MHBS / NKAUS (Milli Muhasibat Uçotu Standartları) normalarına uyğun sıfırdan qurulması, aparılması və bərpası; Hesabatlılıq: Dövlət orqanlarına (ƏDV, Mənfəət, Ödəmə mənbəyi, Əmlak, Torpaq, Məşğulluq və Statistika) rüblük və illik bəyannamələrin vaxtında hazırlanıb təqdim edilməsi; Maliyyə Nəzarəti: Bank və kassa əməliyyatlarına, e-qaimələrin yazılmasına/yoxlanılmasına, debitor-kreditor borclarının (uzlaşma aktları üzrə) gündəlik monitorinqinə nəzarət; Kadr və Əməkhaqqı: İşçilərin əməkhaqqı, məzuniyyət, xəstəlik və son haqq-hesablarının (ƏMAS portalı üzrə inteqrasiya ilə) hesablanmasının təmin edilməsi; Rəhbərliyə Hesabat: Aylıq və illik daxili maliyyə hesabatlarının (Mənfəət və Zərər / P&L/MZ, Pul Vəsaitlərinin Hərəkəti / Cash Flow, Balans) rəhbərliyə təqdim edilməsi; Auditing və Yoxlamalar: Vergi və daxili audit yoxlamaları zamanı şirkətin maraqlarının təmsil olunması; Komandanın İdarə Edilməsi: Mühasibatlıq şöbəsinin işçilərinin (kiçik mühasib, operator) fəaliyyətinin koordinasiyası və tapşırıqların bölünməsi. Namizədə olan tələblər Təhsil: Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində ali təhsil; İş təcrübəsi: Müvafiq sahə üzrə (üstünlüklə tikinti, istehsalat və ya ticarət daxilində) ən azı 3–5 il Baş mühasib iş təcrübəsi; Sertifikasiya: Peşəkar Mühasib Sertifikatı (PMS1 və PMS2) və ya (ACCA) Proqram bilikləri: 1C 8.3 (ERP)– mükəmməl praktiki bilik; MS Excel – yüksək səviyyədə (VLOOKUP, Pivot Table, mürəkkəb düsturlarla işləmə bacarığı); E-gov portalları – e-taxes.gov.az, e-sosial.gov.az, e-customs və Internet Banking ilə sərbəst işləmək; Qanunvericilik: AR Vergi Məcəlləsi və Əmək Məcəlləsini mükəmməl bilmək; Liderlik və Analitika: Komandanı idarəetmə, analitik düşünmə, böyük həcmli məlumatlarla operativ işləmə, diqqətlilik, məsuliyyət və ünsiyyət bacarıqları. İş şəraiti İş yeri: Bakı şəhəri Şirkət: Planeta İKŞ İş qrafiki: I – V günlər (09:00 – 18:00) / VI gün (qısaldılmış iş günü / ehtiyaca əsasən) Əməkhaqqı: Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə əsasında (rəqabətədavamlı) təyin olunur. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Baş mühasib" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 20.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/planeta-istehsal-kommersiya-sirketi-bas-muhasib-154315
ADVERTISEMENT