Prayk
Əmək haqqı üzrə mühasib/Aparıcı mühasib — Maliyyə
Negotiable

Əmək haqqı üzrə mühasib/Aparıcı mühasib

Verified2 weeks ago
Category
Finance
Date
Views
30
Number
№4846584

Description

Vəzifə öhdəlikləri: İşçilərin əmək haqqının, avansların və digər ödənişlərin düzgün və vaxtında hesablanması; İşçilərin əmək haqqından tutulmaların və digər qanunvericiliklə müəyyən edilmiş ödənişlərin düzgün hesablanması; Əmək haqqı üzrə vergi və sosial ödənişlərə dair məlumatların hazırlanması və müvafiq hesabatların təqdim edilməsi; Əmək haqqı hesablamaları üzrə mühasibat uçotunun aparılması və müvafiq müxabirləşmələrin işlənməsi; Məzuniyyət haqqı, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya, xəstəlik müavinəti və digər ödənişlərin hesablanması; İşçilərin son haqq-hesablarının düzgün və vaxtında aparılması; Əmək haqqı üzrə bank ödənişlərinin hazırlanması və ödəniş siyahılarının tərtib edilməsi; Əmək haqqı üzrə məlumatların ƏMAS və digər aidiyyəti sistemlərdəki məlumatlarla uyğunluğunun yoxlanılması; Əmək haqqı üzrə aylıq hesabatların, cədvəllərin və digər zəruri sənədlərin hazırlanması; Əmək haqqı hesablamaları ilə bağlı işçilərin müraciətlərinin araşdırılması və müvafiq izahların verilməsi; Rəhbərlik tərəfindən verilən əmək haqqı və mühasibatlıq üzrə digər tapşırıqların icrası. İş vaxtı tabelinin yoxlanılması və hesablamaların aparılması; İnsan resursları və maliyyə komandaları ilə koordinasiyalı iş. Namizədə tələblər: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil; Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi (Hotel / Resort / Residence / Retail / FMCG sektorlarında təcrübə üstünlükdür); Mühasibatlıq proqramları üzrə yüksək biliklər (1C 8.3, Excel) Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarıqları; Məsuliyyət və məxfilik prinsiplərinə riayət. Azərbaycan dilində səlis danışıq (rus dili biliyi üstünlükdür); Əmək və vergi qanunvericiliyinin əmək haqqına aid müddəaları üzrə biliklər; İş şəraiti: Əmək haqqı: (namizədin təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə) Nahar şirkət tərəfindən təmin olunur; İş qrafiki - 6 günlük Əmək məcəlləsinə uyğun sənədləşmə Nahar  şirkət tərəfindən təmin olunur. Ünvan: Səbail rayonu, Şıxov qəsəbəsi. Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Əmək haqqı üzrə mühasib” qeyd etməklə əlaqə nömrəsinə və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur: Əlaqə - 010 334 17 47 Son müraciət tarixi: 19.11.2026

© Green City Resort & Residence jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp