
14
Baş mühasib

Negotiable
Baş mühasib
VerifiedToday
Date
Views14
Number№5198829
Description
Təsvir
Gündəlik mühasibat əməliyyatlarının düzgün və vaxtında uçota alınmasını təmin etmək;
Vergi və digər dövlət hesabatlarının hazırlanması və vaxtında təqdim edilməsini təmin etmək;
Aylıq və illik bağlanış proseslərini həyata keçirmək;
Debitor və kreditor hesablaşmalarına, bank və kassa əməliyyatlarına nəzarət etmək;
Əməkhaqqı və digər işçi ödənişlərinin düzgün hesablanmasını və ödənişini təmin etmək;
Əsas vəsaitlərin və mal-material ehtiyatlarının uçotuna nəzarəti təmin etmək;
Mühasibat hesabları üzrə üzləşmələri həyata keçirmək və aşkar edilmiş uyğunsuzluqları aradan qaldırmaq;
Maliyyə hesabatlarının hazırlanmasında Maliyyə menecerinə dəstək göstərmək;
Daxili maliyyə prosedurlarına və uçot siyasətinə riayət olunmasını təmin etmək;
Tələblər
Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya müvafiq sahə üzrə);
Mühasibatlıq sahəsində minimum 3–5 il, o cümlədən Böyük mühasib və ya oxşar vəzifədə ən azı 2 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi yaxşı səviyyədə bilmək;
Vergi, DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə praktiki təcrübə;
Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi, son haqq-hesab və digər ödənişlərin hesablanması üzrə biliklər;
ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergilər və digər vergi öhdəlikləri üzrə biliklər;
Əsas vəsaitlərin, azqiymətli və tezköhnələn əşyaların və mal-material ehtiyatlarının uçotu üzrə biliklər;
Bank və kassa əməliyyatlarının uçotu, ödənişlərin və bank üzləşmələrinin aparılması üzrə təcrübə;
Aylıq və illik mühasibat bağlanışlarının həyata keçirilməsi, hesab qalıqlarının yoxlanılması və üzləşdirilməsi bacarığı;
P&L, Balance Sheet və Cash Flow hesabatlarının hazırlanması üzrə biliklər;
1C proqramında (xüsusən də “Əmək haqqı və HR” modulu) sərbəst işləmək və MS Excel proqramını yüksək səviyyədə bilmək;
Opera PMS, Micros POS və iScala proqramları üzrə bilik və iş təcrübəsi üstünlük hesab olunur.
Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
Otelçilik və xidmət sektorunda iş təcrübəsi üstünlükdür;
Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
Maraqlanan namizədlər öz CV-lərini mövzu bölümündə müraciət etdiyiniz vəzifənin adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 27.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/ramada-plaza-by-wyndham-gence-bas-muhasib-154809
ADVERTISEMENT










