
23
Büdcə və mühasibat uçotu üzrə Aparıcı Mütəxəssis

Negotiable
Büdcə və mühasibat uçotu üzrə Aparıcı Mütəxəssis
Verified1 weeks ago
Date
Views23
Number№5185830
Description
Əsas Tələblər
Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Büdcələmə, maliyyə hesabatlılığı və ya idarəetmə uçotu sahəsində minimum 3 il, aparıcı vəzifədə minimum 1 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi üzrə biliklər;
Maliyyə hesabatlarının hazırlanması və büdcə nəzarəti üzrə praktiki təcrübə;
Analitik düşüncə, məlumatların təhlili, problem həll etmə və operativ qərarvermə bacarığı;
MS Excel (Advanced), ERP sistemləri üzrə yüksək səviyyədə bilik;
Yüksək məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı.
PMS sertifikatı arzuolunandır;
Əsas Vəzifə Öhdəlikləri:
Şirkətin gündəlik maliyyə əməliyyatlarının ERP sistemində düzgün və vaxtında uçotda əks etdirilməsini təmin etmək.
Aylıq xərclərin uçotunu aparmaq, ay bağlanışı prosesini icra etmək və xərc analizi hesabatlarını hazırlamaq.
Maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
Şirkətin pul vəsaitlərinin qalıqları haqqında məlumatları hazırlamaq və təqdim etmək.
Ödənişlərin planlaşdırılmasını və vaxtında icrasını təmin etmək.
Rəsmi (Vergi, Statistik, DSMF və digər aidiyyəti qurumlar) hesabatlarını hazırlamaq və müəyyən edilmiş müddətlərdə təqdim etmək.
Üzləşmələri aparmaq və uyğunsuzluqları araşdırmaq.
Büdcənin hazırlanması prosesində iştirak etmək, büdcənin icrasına və büdcə limitlərinə nəzarəti həyata keçirmək, büdcə-fakt analizlərini hazırlamaq və kənarlaşmaların səbəblərini araşdırmaq.
İş fəaliyyəti ilə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
İş Şərtləri
İş məkanı: Azure Plaza
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə əsasən razılaşma yolu ilə
İş rejimi: 5 gün (Həftəiçi)
Nahar: Təmin edilir
Servis xidməti Mövcuddur
Karyerasını bizimlə davam etdirmək istəyən namizədlər mövzu hissəsində “Büdcə və mühasibat uçotu üzrə aparıcı mütəxəssis” qeyd etməklə öz CV-formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 26.11.2026
Listing source
Open the original listing© Veysəloğlu Şirkətlər Qrupu jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT










