
4
Baş Mühasib

Negotiable
Baş Mühasib
VerifiedToday
Date
Views4
Number№5508153
Description
İş barədə məsuliyyətlər:
Vergi, mühasibat uçotu, DSMF və Statistika hesabatlarının qanunvericiliyə uyğun hazırlanması və vaxtında təqdim edilməsi;
Bütün növ maliyyə hesabatlarının tərtib olunması;
Mühasibatlıq şöbəsinin işinin təşkili və komandanın idarə edilməsi;
İstehsal sahəsində mühasibat uçotunun düzgün qurulması, maya dəyərinin hesablanması və xərclərə nəzarət edilməsi;
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotunun aparılması, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibatlıqda vaxtında əks etdirilməsini təmin etmək;
Əsas vəsaitlərin uçotunun aparılması, müəyyən edilmiş müddətlərdə inventarizasiyada iştirak və nəzarət edilməsi;
Daxili mühasibatlıq sistemində köçürmələrin idarə olunması;
Təchizatçılar və müştərilərlə yazışmaların aparılması, vaxtında təsdiqedici sənədlərin əldə edilməsi/təqdim olunması;
Əməkhaqqı hesablanması və müvafiq əməliyyatların düzgün və vaxtında icra edilməsi;
İş prosesində məlumatların məxfiliyinin qorunması.
Namizədə olan tələblər:
Təhsil: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
Yaş həddi: 28 – 50 yaş;
Təcrübə: Baş mühasib və ya müvafiq sahə üzrə 5il iş təcrübəsi (istehsal sahəsində iş təcrübəsi mütləqdir);
Sertifikatlar: Müvafiq sahə üzrə peşəkar sertifikatların olması mütləqdir (Məsələn: Peşəkar Mühasib Sertifikatı - PMS, DipIFR, ACCA və ya digər beynəlxalq/yerli maliyyə sertifikatları);
Proqram bilikləri: 1C, Excel və Elektron Hökumət Portalı ilə sərbəst işləmək bacarığı, Microsoft Office proqramları;
Qanunvericilik bilikləri: Vergi və əmək qanunvericiliyinin əsasları;
Peşəkar bacarıqlar: Balansın çıxarılması, mal-materialların uçotunun aparılması, analitik təhlil, istehsal xərclərinin uçotu və komandanı idarə etmək bacarığı;
Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (mükəmməl), ingilis dili bilikləri arzuolunandır.
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Binəqədi yolu 100
İş qrafiki: Həftə içi 6 gün
Əməkhaqqı: Müsahibə əsasında (namizədin bilik və təcrübəsinə uyğun olaraq təyin ediləcək);
Nahar ilə təmin olunma;
Korporativ mobil nömrə;
Rahat və stabil iş mühiti.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə mütləq “Baş Mühasib” yazaraq göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: 055-293-13-39
Son müraciət tarixi: 02.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/xirman-bas-muhasib-155247
ADVERTISEMENT










