Prayk
Debitor borclar üzrə mütəxəssis — Maliyyə
1 000 ₼

Debitor borclar üzrə mütəxəssis

VerifiedYesterday
Category
Finance
Date
Views
8
Number
№5515026

Description

Supertoys komandamıza Sədərək filialında çalışmaq üçün məsuliyyətli, analitik düşünmə qabiliyyətinə malik və maliyyə sahəsində təcrübəli Debitor borclar üzrə mütəxəssis axtarırıq. İş yeri: Sədərək Əməkhaqqı: 1 000 AZN Əsas vəzifə öhdəlikləri Debitor borcların mütəmadi izlənilməsi, həftəlik borclanma barədə məlumatlandırmanın aparılması və borcların yaşlandırılması (Aging) hesabatının hazırlanması; Satış komandasının debitor borclar, ödəniş statusları və müqavilə şərtləri barədə həftəlik və aylıq məlumatlandırılması; Debitor borclar üzrə ödənişlərin təmin edilməsi və daxilolmaların müvafiq əməkdaşlarla operativ koordinasiyası; Gecikmiş borclarla bağlı risklərin qiymətləndirilməsi, müvafiq tədbirlərin təklif edilməsi və icrasının təmin olunması; Reallaşdırılmış satışlar üzrə elektron qaimələrin düzgün tərtib edilməsinə nəzarət; İşlərin müəyyən edilmiş son icra müddətlərinə (deadline) uyğun tamamlanması və komanda daxilində iş prosesinin koordinasiyası; Çatışmazlıqlar, uyğunsuzluqlar və potensial maliyyə riskləri barədə müvafiq departamentlərin məlumatlandırılması; Müştərilərlə aylıq və ya rüblük üzləşmələrin aparılması və nəticələrin təhlili; Problemli, şübhəli və ümidsiz debitor borcların müəyyənləşdirilməsi və müvafiq hesabatların hazırlanması. Namizədə tələblər İqtisadiyyat və ya maliyyə sahəsi üzrə ali təhsil; Müvafiq sahədə minimum 1 il iş təcrübəsi; Vergi və elektron qaimə-faktura əməliyyatları üzrə bilik və araşdırma aparmaq bacarığı; Yüksək analitik düşünmə və təhlil bacarığı; MS Excel proqramında sərbəst işləmək, xüsusilə məlumatların təhlili üçün əsas funksiyalardan istifadə etmək bacarığı; Məsuliyyətlilik, diqqətlilik və detallara həssas yanaşma; Komanda ilə effektiv kommunikasiya və vaxtın düzgün idarə edilməsi bacarığı. CV-lərinizi mövzu hissəsində “Debitor borclar üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Maaş: 1000 AZN Son müraciət tarixi: 02.12.2026

© Supertoys jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp