Prayk
Baş satıcı - Qəssab — Satış, Bakı
1 200 ₼

Baş satıcı - Qəssab

VerifiedToday
City
Bakı
Category
Sales
Date
Views
3
Number
№4560666

Description

Ət və ət məhsullarının istehsalı və satışı ilə məşğul olan şirkətimizə filiallarda çalışmaq üçün Baş satıcı-qəssab vəzifəsinə əməkdaşlar dəvət olunur. TƏLƏBLƏRƏ UYĞUN OLMAYAN ŞƏXSLƏR NARAHAT ETMƏSİN! İş şəraiti: Rəsmi əmək müqaviləsi; Stabil iş və əmək haqqı; İş qrafiki: növbəli; Filiallar üzrə iş imkanı; Əməkhaqqı: (1000-1200 azn + satış faizi) müsahibə zamanı müəyyən edilir. İş yeri: Şirkətin müxtəlif filialları Müraciət üçün: CV-nizi [email protected] göndərin və ya 077 206 26 46 nömrəsi ilə əlaqə saxlayın. Tələblər: Peşəkar doğrama, porsiyalama və sümükdən ayırma bacarığı, Müştəri ilə xoş ünsiyyət bacarığı, Steyklərin adlarını bilmək, ət çeşidlərini fərqləndirməyi bacarmaq, Məhsulun təqdimat bacarığı və satış intizamı. Tərəzi, etiket, POS/kassa və sadə mal uçotu üzrə işləmə bacarığı (müvafiq səlahiyyət olduqda). Qida təhlükəsizliyi, gigiyena, mübahisəli vəziyyətlərin idarə olunması. Vəzifə öhdəlikləri: Vitrin və soyuducu məhsullarının görünüşünü, saxlanma şəraitini və istifadə müddətini yoxlamaq, Müştərini qarşılamaq, sifarişi dəqiqləşdirmək, ət hissələri və istifadəsi barədə düzgün məlumat vermək (məsələn, müştəri tikə ət aldıqda, qiyma, quşbaşı və s. formada istədiyini mütləq qaydada soruşmaq,) Müştəri tələbinə uyğun əti doğramaq, sümükdən ayırmaq, çəkmək, qablaşdırmaq və etiketləmək. Təsdiqlənmiş qiymətlərə və tərəzi qaydalarına riayət etmək; endirim və qaytarma üçün səlahiyyət həddini gözləmək. Satış sisteminə məlumatları daxil etmək, Növbə əvvəlində və sonunda təhkim edilmiş məhsulun qalığını yoxlamaq; satış, qaytarma, silinmə və faktiki qalığı üzləşdirmək. Kassa səlahiyyəti varsa, kassa hesabatını sistem qeydləri ilə tutuşdurmaq, fərqləri dərhal rəhbərə bildirmək. Müştəri şikayətini nəzakətlə qəbul etmək və səlahiyyəti aşan halları (qaytarma) rəhbərə yönləndirmək. Qəssab köməkçisinə tapşırıq vermək və təhlükəsiz işi nəzarətdə saxlamaq, Vitrin, avadanlıq, alət və iş yerinin gigiyenasını təmin etmək (hər müştərinin gözü önündə alətlərin spirt vasitəsilə təmizlənməsi və salfetlə qurulanması prosesi mütləq qaydada baş verməlidir). Maaş: 1200-1500 AZN Yaş: 25-40 Təhsil: Orta İş təcrübəsi: 3 ildən 5 ilə qədər

© Natural Meat boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT