Vəzifə öhdəlikləri:
Müştəriləri gülərüzlə qarşılamaq, müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, onlara avtomobillər, xidmətlər və kampaniyalar haqqında ətraflı məlumat vermək;
Müştəri ehtiyaclarını öyrənmək, bazarda olan prosesləri izləmək, müştəridən gələn informasiyaları toplamaq, təhlil etmək və təkliflər vermək;
Müştərilər üçün test-drive təşkil etmək;
Satılan avtomobili prosedura uyğun müştəriyə təhvil vermək;
Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək və bu hədəflərə çatmaq üçün təkliflər vermək, yeni müştəriləri cəlb etmək;
Avtomobil bazarının xüsusiyyətlərini bilmək və rəqibləri izləmək;
Kollektivdə məsuliyyətli olmaq, komanda işi nümayiş etmək;
Satışla bağlı qayda və prosedurlara riayət etmək;
Rəhbərliyin digər əlaqədar tapşırıqların yerinə yetirilməsi;
Namizədə tələblər:
Azərbaycan və rus dillərində səlis ünsiyyət qurmaq bacarığı mütləqdir (ingilis dili arzuolunandır);
Satış sahəsində iş təcrübəsi;
Avtomobil sektorunda 2il iş təcrübəsi arzuolunandır;
Yüksək ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
Komandada işləmək və nəticəyönümlü olmaq;
B kateqoriyalı sürücülük vəsiqəsi.
Səliqəli görünüş və xoş ünsiyyət bacarığı;
İş şərtləri:
Həftədə 6 iş günü
İş yeri: Babək pr.
Əmək haqq: 1000 Azn + bonus
AR ƏM əsasən rəsmiləşdirmə
Karyera inkişafı imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Satış meneceri” yazaraq göndərmələri xahiş olunur.
Maaş: 1000 AZN
Son müraciət tarixi: 29.12.2026
© Efendiler Group · jobsearch.az · The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.