Prayk
Biznes Analitik (Business Analyst) üzrə Təcrübə Proqramı — İT, telekommunikasiya, Bakı
Negotiable

Biznes Analitik (Business Analyst) üzrə Təcrübə Proqramı

Verified2 weeks ago
City
Bakı
Date
Views
34
Number
№5202252

Description

“Rabitəbank” ASC və Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamenti üzrə Biznes Analitik (Business Analyst)  istiqamətində 3 aylıq ödənişli təcrübə proqramı elan edirik!Əgər maliyyə sektorunda ilk addımlarını atmaq, real iş proseslərində iştirak etmək və peşəkar inkişaf yolunda irəliləmək istəyirsənsə, bu fürsət məhz sənin üçündür! Biznes tələblərinin toplanması, təhlili və sistem tələblərinə çevrilməsi.Tələblərin dəqiqləşdirilməsi, biznes qaydalarının və sistem məntiqinin müəyyən edilməsi.Funksional tələblərin, User Story-lərin, Use Case-lərin və qəbul meyarlarının (Acceptance Criteria) hazırlanması.Tələblərin alternativ ssenarilər, istisna hallar və mümkün xətalar nəzərə alınmaqla detallı şəkildə işlənməsi.Sistemlərarası inteqrasiyaların təhlili, API-lərin iş prinsiplərinin və sistemlər arasında məlumat mübadiləsinin təsviri.BPMN və UML diaqramlarından istifadə etməklə biznes proseslərinin və sistem davranışının modelləşdirilməsi.Tələblərin proqram təminatının hazırlanması komandası ilə müzakirəsi, dəqiqləşdirilməsi və razılaşdırılması.ələblərin həyata keçirilməsi prosesində yaranan sualların cavablandırılması və zəruri dəyişikliklərin idarə edilməsi. QA komandası ilə əməkdaşlıq edərək tələblərin test ssenarilərinə çevrilməsinə və funksionallığın tələblərə uyğunluğunun yoxlanılmasına dəstək göstərilməsi.Tələblərin dəyişikliklərinin izlənilməsi və onların sistemin digər komponentlərinə mümkün təsirlərinin təhlili.Biznes, IT və digər aidiyyəti komandalar arasında effektiv kommunikasiya və koordinasiyanın təmin edilməsi. Vakansiya növü: Tam ştat Şirkət: "Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/rabitabank/rabitabank-biznes-analitik-business-analyst-uzre-tecrube-proqrami-51936518/apply
ADVERTISEMENT