
8
Biznes Əlaqələri üzrə Koordinator
Biznes Əlaqələri üzrə Koordinator
600 ₼
Verified2 weeks ago
Date
Views8
Number№4007406
Description
Caspian Energy Club komandası Biznes Əlaqələri üzrə Koordinator axtarır.
Vəzifə öhdəlikləri
Yeni korporativ müştərilərin və şirkətlərin aktiv şəkildə axtarılması, potensial şirkətlərin və qərarverici şəxslərin müəyyənləşdirilməsi və cəlb edilməsi
Bazarın və müxtəlif sektorların araşdırılması, yeni şirkətlər bazasının formalaşdırılması və mütəmadi yenilənməsi
Şirkət rəhbərləri və top-menecerlərlə əlaqələrin qurulması, görüşlərin planlaşdırılması, təşkili və keçirilməsi
Şirkətlərə Caspian Energy Club-un üzvlüyünün, layihələrinin, tədbirlərinin və digər xidmətlərinin təqdim edilməsi
Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi
Danışıqların aparılması, satış prosesinin koordinasiyası və satış planlarının yerinə yetirilməsi
Yeni satış imkanlarının və biznes inkişafı üzrə ideyaların müəyyənləşdirilməsi və irəli sürülməsi
Görüşlər, satışlar və görülən işlər üzrə mütəmadi hesabatların hazırlanması
Caspian Energy Club-u görüşlərdə, forumlarda, sərgilərdə, biznes tədbirlərində və digər platformalarda təmsil etmək
Rəhbərliyin tapşırıqlarının operativ və məsuliyyətli şəkildə icra olunması
Tələblər
Yaş: 21–30
Korporativ satış və ya B2B satış sahəsində minimum 1 il iş təcrübəsi
Azərbaycan dilində səlis danışıq və qrammatik yazı bacarığı — mütləqdir
Rus və ya ingilis dillərini sərbəst danışıq səviyyəsində bilməsi və qrammatik yazı bacarığı üstünlükdür
Şirkət rəhbərləri, top-menecerlər və qərarverici şəxslərlə ünsiyyət qurmaq bacarığı
Güclü kommunikasiya, danışıqlar aparmaq, təqdimat və inandırma bacarığı
Aktiv müştəri axtarışı, soyuq əlaqələr qurmaq və müştəri cəlb etmək bacarığı
MS Office proqramları ilə işləmək bacarığı
Məsuliyyətli, punktual, enerjili və nəticəyönümlü olmaq
Stressə davamlı və intensiv iş rejiminə uyğunlaşa bilmək
Komandada işləmək və rəhbərliyin tapşırıqlarını operativ icra etmək bacarığı
Xarici və yerli biznes səfərlərində, forumlarda və tədbirlərdə iştirak etməyə hazır olmaq
İşgüzar görünüş və peşəkar davranış
Yeni biliklərə, inkişaf etməyə və karyera qurmağa yüksək motivasiya
Üstünlük veriləcək
Hazır korporativ müştəri bazası olan namizədlərə
B2B satış, biznes inkişafı, marketinq, reklam və media sahəsində təcrübəsi olanlara
Şirkət rəhbərləri və top-menecerlərlə iş təcrübəsi olanlara
Aktiv networking və biznes tədbirlərində, forumlarda iştirak təcrübəsi olanlara
Yeni şirkətləri və tərəfdaşları müstəqil şəkildə tapıb cəlb edə bilən namizədlərə
Rəsmi qeydiyyat, əməkhaqqı və yüksək bonus
İlk gündən rəsmi əmək müqaviləsi, maaşlar və bonuslar rəsmi maaş kartına ödənilir.
Əməkhaqqı: 600–800 AZN
Aylıq bonuslar: 1 500–4 500 AZN
Nəticələrdən asılı olaraq ümumi gəlir daha yüksək ola bilər.
Maraqlı olan namizədlər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərib, mövzu hissəsində “Biznes əlaqələri üzrə koordinator” qeyd etməlidirlər.
Maaş: 600 AZN
Son müraciət tarixi: 06.11.2026
Listing source
Open the original listing© Caspian Energy Club jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT





