
Ələt7
Böyük operator (Ələt)

Negotiable
Böyük operator (Ələt)
VerifiedYesterday
CityƏlət
Date
Views7
Number№4831317
Description
Stansiyaya daxil olan qatarların vaxtı-vaxtında sistemə işlənilməsini həyata keçirmək;Qatarların qəbulu və göndərilməsi zamanı sənədlərin yoxlanmasını həyata keçirmək;Stansiyaya daxil olan yerli vaqonların sənədlərini yük xəzinədarına vermək həmçinin stansiyada yüklənmiş vaqonların sənədlərini qəbul etmək;Stansiyaya daxil olan qatarların çeşidləmə vərəqini tərtib etmək;Vaqonların tərtib planına əsasən, ADY SMART proqramında işlənib öz istiqamətinə atılmasına və qatarın çəkisi, uzunluğu normasına nəzarət etmək; Qatarların vaxtı-vaxtında stansiyadan yola düşməsini, sənədlərin və yüklərin qorunmasını həyata keçirmək;Qatarların qəbulu və göndərilməsi ADY SMART proqramı üzərindən işləmək, lazım olarsa ADY SMART proqramında yaranmış çətinlik barəsində məlumat hesablama mərkəzinin (MHM) qaynar xətti ilə əlaqə saxlamaq;Stansiyanın qatar məlumatlarının və daşıma sənədlərinin çeşidlənməsi üzrə texnoloji mərkəzin operatorlarının işinə nəzarət etmək;Tərtib planına nəzarət etmək, sənədlərin və yüklərin qorunmasını təmin etmək, natura vərəqəsinin tərtibi zamanı vaqonların sıralama qaydalarının düzgün yazılmasını,qatar tərkibinin hazırlanmasına ayrılan vaxtda yerinə yetirmək,sənədlərdə olan məlumatların gizli saxlanmasını təmin etmək;Növbə zamanı stansiya dispetçerinə, stansiya növbətçisinə, birbaşa mərkəz rəisinə və stansiya rəisinin AİS üzrə müavininə məlumat vermək.
Tələblər:
Təhsil: Ümumiİş stajı: Müvafiq sahə üzrə azı 1 il; Stansiyanın texniki sərəncam aktı və texnoloji iş prosesinə dair biliklər;Dəmiryol nəqliyyatının siqnalizasiya təlimatı;Blankların doldurulması və qatar sənədləşdirilməsi qaydalarına dair biliklər;Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair təlimat;Qatarların hərəkət cədvəlinə dair biliklər;Əməyin mühafizəsi, istehsalat sanitariyası, texniki təhlükəsizlik, yanğından mühafizənin norma və qaydalarına dair biliklər.
Vakansiya növü: Tam ştat
Şirkət: Azərbaycan Dəmir Yolları
Yer: Ələt
Müraciət: https://jobs.glorri.com/vacancies/ady/ady-boyuk-operator-elet-68485263/apply
ADVERTISEMENT







