
9
Canlı Yayım və Müştəri Əlaqələri üzrə əməkdaş
Canlı Yayım və Müştəri Əlaqələri üzrə əməkdaş
500 ₼
Verified1 weeks ago
Date
Views9
Number№5594082
Description
İş yeri: TəkərStore mağazası
TəkərStore komandasına yeni əməkdaş axtarırıq!
İş saatlarında mağazamızda canlı yayımlar həyata keçirəcək, izləyicilərə təkərlər haqqında məlumat verəcək və potensial müştərilərdən əlaqə nömrələri toplayacaq əməkdaş axtarırıq.
İş öhdəlikləri:
TikTokda canlı yayımlar açmaq;
Canlı yayım zamanı təkər markaları, modelləri, ölçüləri və xüsusiyyətləri haqqında məlumat vermək;
İzləyicilərin suallarını cavablandırmaq;
Maraqlanan müştərilərin əlaqə nömrələrini toplamaq və qeydiyyata almaq;
Toplanmış müştəri nömrələrini növbəti gün satış menecerlərinə təqdim etmək.
Namizədə tələblər:
Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı;
Azərbaycan dilində səlis danışmalı;
Kamera qarşısında rahat olmalı;
Səlis və aydın nitq qabiliyyətinə malik olmalı;
Məsuliyyətli, aktiv və öyrənməyə həvəsli olmalı;
Satış və canlı yayım sahəsində təcrübə üstünlükdür, lakin mütləq deyil.
İş şəraiti
İş qrafiki: Həftədə 3 gün, 19:00 – 00:00
Əməkhaqqı: 500 AZN + bonus
Ünvan: Olimpik Star yaxınlığı
İşə başlamazdan əvvəl namizədə təkərlər və məhsullar haqqında ilkin təlim keçiriləcək. Bütün lazımi məlumatlar öyrədildikdən sonra işə başlanılacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 500 AZN
Son müraciət tarixi: 04.12.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/teker-store-canli-yayim-ve-musteri-elaqeleri-uzre-emekdas-155473
ADVERTISEMENT








