Prayk

Daxili nəzarət üzrə Şöbə rəhbəri

Negotiable
Verified5 days ago
Category
Law
Date
Views
4
Number
№5679138

Description

Əsas vəzifə öhdəlikləri: Şöbənin illik daxili nəzarət və yoxlama planının hazırlanmasına və icrasına rəhbərlik etmək; Risklərin dəyərləndirilməsi və prioritetləşdirilməsi əsasında nəzarət strategiyasını formalaşdırmaq; Uyğunsuzluqların yaranma səbəblərini araşdırmaq və tənzimləyici tədbirlərin icrasını təmin etmək; Daxili nəzarət yoxlamalarını təşkil etmək, icrasına nəzarət etmək və hesabatlıq prosesi idarə etmək; Şirkət siyasətləri, prosedurlar və standartlara uyğunluğun qiymətləndirilməsini təmin etmək; Aktivlərin qorunması, sayımların təşkili və inventar proseslərinə nəzarət etmək. Struktur bölmələrdə aşkar edilmiş uyğunsuzluqlar üzrə təkmilləşdirici təkliflər hazırlamaq və icrasını izləmək; Şöbə əməkdaşlarının fəaliyyətinə rəhbərlik etmək, iş yükünü bölüşdürmək və intizamın təmin olunmasına nəzarət etmək; Daxili nəzarət nəticələrinə dair analitik hesabatlar və rəy hazırlayaraq rəhbərliyə təqdim etmək; Konfidensiallıq, obyektivlik və etik davranış prinsiplərinə riayət olunmasına nəzarət etmək; Şirkətdaxili komissiyalarda, işçi qruplarda şöbəni təmsil etmək və nəzarət mühitinin inkişafına töhfə vermək; Büdcə və şöbə xərclərinin idarə edilməsinə nəzarət etmək. Tələb olunan bilik və bacarıqlar: Komanda idarəetmə bacarığı; Güclü analitik düşüncə və problem həll etmə bacarığı; Hesabatlılıq və proses idarəçiliyi bacarığı; Daxili nəzarət sistemləri, nəzarət nöqtələri və risk yönümlü nəzarət metodologiyası üzrə dərin bilik; ERP sistemləri ilə işləmə bacarığı (SAP və s.) – üstünlükdür; MS Office proqramlarında yüksək səviyyə, xüsusilə Excel-də analitik hesabat hazırlama bacarığı; FMCG, retail, istehsalat və ya logistika sahəsində iş təcrübəsi üstünlük sayılır. Tələb olunan təhsil, iş təcrübəsi: Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya əlaqədar sahə); Daxili nəzarət, risk və ya inventarizasiya sahəsində minimum 3–5 il iş təcrübəsi. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş yeri: Aşıq Molla Cümə 46 c Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Nahar; Şirkət hesabına korporativ nömrə; Təlim və inkişaf imkanları. Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili nəzarət üzrə Şöbə rəhbəri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 06.12.2026

© Avrora jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp