Prayk
Əsirlikdən Milli Qəhrəmanlığa — Kitablar, Bakı
38.16 ₼

Əsirlikdən Milli Qəhrəmanlığa

For saleVerifiedUsed1 months ago
City
Bakı
Category
Books
Date
Views
13
Number
№2263690

Description

Natiq Qasımovun taleyi otuz ildən artıq müddətdə 1990-cı illərin əvvəllərində baş vermiş Birinci Qarabağ müharibəsinin ən ağrılı və müəmmalı hadisələrindən biri olaraq qalırdı. Hamının yaddaşına sayca qat-qat üstün qüvvələr qarşısında sonadək müqavimət göstərən qorxmaz azərbaycanlı könüllü döyüşçü kimi həkk olunmuş Natiq igidlik, cəsarət, fədakarlıq və milli dəyanət rəmzinə çevrilmişdi. Lakin əsir düşmüş gəncin yaddaşlardan silinməyən o məşhur fotosunun arxasında üzə çıxarılacağı anı gözləyən daha dəhşətli bir həqiqət gizlənirdi. Bu təsirli albom-kitab Natiqin həyatının son günlərini şahid ifadələri, arxiv materialları, nadir fotoşəkillər və illərlə davam edən məqsədyönlü araşdırmalar əsasında yenidən canlandırmış və böyük əks-səda doğurmuş “Oğul” (“The Son”) sənədli filmini tamamlayır. Kino estetikasını şəxsi həyat hekayəti ilə birləşdirən kitab təkcə Milli Qəhrəmanın həyatını yox, həm də müharibənin qorxunc nəticələrini, onun insan talelərinə vurduğu dərin yaraları, həqiqət və ədalət uğrunda əbədi mübarizəni ortaya qoyur. Bu əsər cəsarətin və yaddaşın, eləcə də itirdiyi oğlunun xatirəsini yaşatmaq və həqiqətin ört-basdır edilib susdurulmasına bir daha imkan verməmək üçün qətiyyət göstərən bir ailənin sarsılmaz iradəsinin hekayəsidir. Müəllif: TALE HEYDƏROV Nəşriyyat: Teas Press Dil: AZE Cild: bərk Səhifə sayı: 164

© libraff.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp