
Bakı10
Hüquq Departamentinin Rəhbəri
Hüquq Departamentinin Rəhbəri
Negotiable
Verified6 days ago
Description
Hüquq departamentinin fəaliyyətinə rəhbərlik etmək, hüquqi strategiyanı hazırlamaq və şirkətin biznes məqsədlərinə uyğun həyata keçirilməsini təmin etmək;Şirkətin və əlaqəli hüquqi şəxslərin fəaliyyətinə kompleks hüquqi dəstək göstərmək, korporativ idarəetmə proseslərini müşayiət etmək;Pərakəndə satış fəaliyyəti ilə bağlı hüquqi məsələləri, o cümlədən mağazaların icarəsi, təchizat, distribusiya, satınalma, xidmət və digər kommersiya müqavilələrini idarə etmək;Müqavilələrin hazırlanmasını, hüquqi ekspertizasını, danışıqların aparılmasını və şirkətin maraqlarının müqavilələrdə qorunmasını təmin etmək;Şirkətin maraqlarını məhkəmələrdə, arbitraj proseslərində və dövlət orqanları qarşısında təmsil etmək;Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğa nəzarət etmək, hüquqi riskləri müəyyənləşdirmək, qiymətləndirmək və onların idarə olunması üzrə tədbirlər hazırlamaq;Əmək, vergi, istehlakçı hüquqları, rəqabət, reklam, kommersiya və digər hüquq sahələri üzrə rəhbərliyə və struktur bölmələrə hüquqi məsləhətlər vermək;Daxili normativ sənədlərin, siyasətlərin, prosedurların və korporativ sənədlərin hazırlanmasını və hüquqi ekspertizasını təşkil etmək;Biznes qərarlarının hüquqi nəticələrini qiymətləndirmək, rəhbərliyə əsaslandırılmış hüquqi rəylər və tövsiyələr təqdim etmək;Xarici hüquq məsləhətçiləri və digər tərəfdaşlarla əməkdaşlığı idarə etmək;Hüquq departamentinin komandasının fəaliyyətini təşkil etmək, əməkdaşların peşəkar inkişafını və işin keyfiyyətli, vaxtında icrasını təmin etmək.
İş yeri: Bakı şəhəri İş qrafiki: Bazar ertəsi – cümə, 09:00–18:00
Tələblər:
Hüquq üzrə ali təhsil; magistr dərəcəsinin olması arzuolunandır;Hüquq sahəsində minimum 8 il iş təcrübəsi, o cümlədən minimum 3–5 il rəhbər vəzifədə idarəetmə təcrübəsi;Pərakəndə satış (retail) sektorunda iş təcrübəsi arzuolunandır və namizədin seçimində mühüm üstünlük hesab olunur;Korporativ, kommersiya və müqavilə hüququ üzrə dərin bilik və praktiki təcrübə;Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Əmək Məcəlləsi, Vergi Məcəlləsi və digər normativ-hüquqi aktları üzrə dərin bilik;Məhkəmə və arbitraj proseslərinin idarə edilməsi, şirkət maraqlarının təmsil olunması üzrə təcrübə;Bir neçə hüquqi şəxsi əhatə edən korporativ strukturda və ya iri şirkətdə iş təcrübəsi üstünlükdür;Azərbaycan dilində sərbəst, ingilis dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı; rus dili biliyi üstünlükdür;Xaricdə hüquq təhsili və ya beynəlxalq akademik/professional təcrübə üstünlükdür;Analitik düşüncə, strateji yanaşma, güclü danışıqlar və qərarvermə bacarıqları;Komandanı idarə etmək, prioritetləri müəyyənləşdirmək və bir neçə hüquqi prosesi paralel şəkildə koordinasiya etmək bacarığı;Yüksək məsuliyyət, dürüstlük, peşəkar etika və məxfi məlumatlarla işləmək bacarığı.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Direktor
Şirkət: Anonym
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/anonym/anonym-huquq-departamentinin-rehberi-31180826/apply
ADVERTISEMENT












