
Bakı2
Hüquq üzrə aparıcı mütəxəssis
Hüquq üzrə aparıcı mütəxəssis
Negotiable
VerifiedYesterday
Description
Vəzifə öhdəlikləri
Şirkətin müqavilə və digər hüquqi sənədlərinin hazırlanması, ekspertizası və razılaşdırılması;
Müştərilər, tərəfdaşlar və podratçılarla bağlanan müqavilələrin risklərinin hüquqi qiymətləndirilməsi;
FinTech fəaliyyətinə aid lisenziyalaşdırma, maliyyə monitorinqi, rəqəmsal ödənişlər və data qorunması ilə bağlı hüquqi məsələlərin həllində iştirak;
Şirkətin maraqlarını məhkəmə və digər dövlət orqanlarında təmsil etmək;
Hüquqi rəy və məsləhətlərin verilməsi;
Əmək münasibətlərinin hüquqi tənzimlənməsi (əmək müqavilələri, daxili intizam qaydaları və s.);
Şirkətin daxili qayda və prosedurlarının hazırlanmasında hüquqi dəstək göstərmək;
Şirkətin fəaliyyəti ilə bağlı AML/CFT (pul yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə), data privacy və maliyyə qanunvericiliyi sahələrində uyğunluğun təmin olunmasında iştirak;
Şirkətin adından dövlət orqanları və digər təşkilatlarla yazışmalar aparmaq;
Şirkətin işçilərindən hüquqi məsələlərlə, rəhbərliyin qərarlarının icrası ilə bağlı zəruri məlumat və sənədləri tələb etmək;
Müqavilə və qərarların qanunvericiliyə zidd olması barədə rəhbərliyi məlumatlandırmaq və onların icrasını dayandırmağı təklif etmək;
Öz səlahiyyətləri çərçivəsində hüquqi rəy vermək və şirkətin maraqlarının qorunması ilə bağlı təşəbbüs göstərmək;
Hüquqi sənədləri düzgün hazırlamaq;
Kommersiya sirrinin və konfidensial məlumatları qorumaq.
Bilməlidir:
Mərkəzi Bankın ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən təşkilatlardan tələb etdiyi qaydaları;
Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında AR qanununu.
Maliyyə xidmətləri sahəsində yerli və beynəlxalq qanun və qaydaları
Vəzifə tələbləri:
Ali təhsil (hüquq sahəsində)
Aidiyyatı sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
Fintech, maliyyə və ya bank sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/198145/huquq-uzre-aparici-mutexessis
ADVERTISEMENT













