
5
Hüquqşünas

Negotiable
Hüquqşünas
VerifiedYesterday
Date
Views5
Number№4557741
Description
SF Azerbaijan BOKT MMC komandamıza qoşulmaq üçün peşəkar biliklərə, analitik düşüncəyə və müvafiq sahədə təcrübəyə malik Hüquqşünas axtarır.
Əsas vəzifə öhdəlikləri:
Şirkət adından bağlanılan müqavilə və digər hüquqi sənədlərin ekspertizasını aparmaq, hüquqi rəylər hazırlamaq;
Şirkətin hüquq və mənafelərini məhkəmələrdə, dövlət orqanlarında və digər aidiyyəti qurumlarda təmsil və müdafiə etmək, bundan irəli gələn zəruri sənədləri hazırlamaq;
Dövlət orqanlarından daxil olan sorğu və müraciətlərə qanunvericiliyə uyğun cavablar hazırlamaq;
Şirkətin struktur bölmələrinə hüquqi məsələlər üzrə məsləhət və dəstək vermək;
AML/CFT (çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə) üzrə hüquqi tələblərin tətbiqini dəstəkləmək;
Daxili normativ sənədlərin, etibarnamələrin, əmrlərin və digər hüquqi sənədlərin hazırlanmasında iştirak etmək;
Hüquqi riskləri müəyyən etmək, qiymətləndirmək və onların azaldılması üzrə təkliflər vermək.
Namizədə tələblər:
Hüquqşünaslıq üzrə ali təhsil;
Maliyyə bazarları sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan və rus dillərini şifahi və yazılı formada sərbəst bilmək mütləqdir;
AML/CFT sahəsində təcrübə əlavə üstünlük hesab edilir;
Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, vergi, inzibati və maliyyə bazarları sahəsində qanunvericiliyini yaxşı bilmək;
MS Office proqramlarında sərbəst işləmək;
E-taxes.gov.az, e-mehkeme.gov.az və e-qanun.az portallarından istifadə bacarığı;
Analitik düşüncə, yüksək məsuliyyət, dürüstlük, dəqiqlik və müstəqil qərarvermə bacarığı;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
İş şərtləri:
Əmək haqqı müsahibə əsasında təyin olunur;
İş rejimi: 5/7, saat 09:00-18:00;
Peşəkar və dinamik iş mühiti;
Yalnız tələblərə uyğun namizədlər ilə əlaqə saxlanılacaq.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 13.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/sf-azerbaycan-bokt-huquqsunas-153705
ADVERTISEMENT














