
24
Hüquqşünas

Negotiable
Hüquqşünas
Verified1 weeks ago
Date
Views24
Number№3568210
Description
Komandamıza hüquqi bilikləri güclü, analitik düşüncəli və peşəkar Hüquqşünas axtarırıq.
Vəzifə öhdəlikləri
Şirkətin hüquqi fəaliyyətinin təmin edilməsi;
Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması;
Əmək, mülki, kommersiya və digər hüquqi məsələlər üzrə hüquqi dəstəyin göstərilməsi;
Şirkətin hüquq və qanuni maraqlarının qorunması;
Rəsmi məktubların, ərizələrin, sorğuların və digər hüquqi sənədlərin hazırlanması;
Dövlət qurumları və digər təşkilatlarla hüquqi məsələlər üzrə yazışmaların aparılması;
Məhkəmə və digər hüquqi proseslərdə şirkətin maraqlarının təmsil olunması;
Gömrük və idxal-ixrac əməliyyatları ilə bağlı hüquqi məsələlərin araşdırılması;
Hüquqi risklərin müəyyənləşdirilməsi və rəhbərliyə müvafiq təkliflərin təqdim edilməsi.
Tələblər
Hüquq üzrə ali təhsil;
Hüquqşünas vəzifəsində ən az 5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının qanunvericiliyini yaxşı bilmək;
Müqavilə hüququ və əmək qanunvericiliyi üzrə biliklər;
Hüquqi sənədlərin hazırlanması və təhlili bacarığı;
Analitik düşüncə və yüksək məsuliyyətlilik;
Azərbaycan dili səlis ,rus və ingilis dil biliyi üstünlükdür.
MS Office proqramlarında işləmək bacarığı.
Prokurorluq orqanlarında işləmiş və təqaüdə çıxmış namizədlərə üstünlük veriləcəkdir.
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş qrafiki: 6 günlük
Əmək haqqı: Müsahibə zamanı müəyyən edilir.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək mövzu hissəsində “Hüquqşünas” qeyd etməyiniz xahiş olunur.
Son müraciət tarixi: 01.11.2026
Listing source
Open the original listing© Zarat Import Export jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT














