
8
Hüquqşünas
Hüquqşünas
Negotiable
Verified1 weeks ago
Date
Views8
Number№5520120
Description
Təsvir
Şirkətin təsis sənədləri, daxili qaydaları və digər korporativ sənədlərinin hazırlanması, yenilənməsi, Hüquqi şəxsin dövlət qeydiyyatı, yenidən təşkili və ləğvi ilə bağlı prosedurların idarəsi;
Təşkilatın fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunaraq hazırlanması, əlavə və dəyişikliklərin edilməsi müqavilələrin reyestri və mütəmadi yenilənməsi;
Təşkilatın fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Təşkilatın aidiyyəti əməkdaşlarının məlumatlandırılması;
Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Cəmiyyəti təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
Cəmiyyət tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Cəmiyyətə qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
Hüquqi risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və azaldılması strategiyalarının hazırlanması;
İnvestor, tərəfdaş və müştəri şikayətlərinin və sorğuların baxılması;
Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələləri qanunvercilik çərçivəsində həll edilməsi;
Əmək mübahisələrinin həlli, intizam məsələlərinin hüquqi yolla idarəsi;
Qanunvericiliyə edilən dəyişikliklərə operativ reaksiya, şirkətin mövqeyinin formalaşdırılması
Tələblər
Hüquq sahəsində bakalavr və/və ya magistr dərəcəsi
Beynəlxalq hüquq normaları üzrə biliklər;
Hüquq sahəsində ən azı 5 il iş təcrübəsi;
Bank və kredit təşkilatlarında ən azı 2 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Mülki, Mülki-prosessual, İnzibati prosessual, Əmək, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyinin, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi normativ xarakterli aktlarının hüquq əsaslarını dərindən bilmək;
Beynəlxalq hüquq və ya maliyyə sertifikatları— arzu olunandır.
İş şəraiti:
İş rejimi: 6 gün.
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Hüquqşünas” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Əlaqə telefonu: 055 216 20 65
Son müraciət tarixi: 02.12.2026
Listing source
Open the original listing© Az-Caspian Construction jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT












