Melissa Park yaşayış kompleksində 71 kv - 3 otaqlı mənzil aylıq kirayə verilir. - 1200 azn.
- 3 otaq (2 yataq otağı: 1 valideyn yataq otağı, 1 tək nəfərlik yataq otağı; 1 qonaq otağı; 1 kiçik mətbəx; 1 sanitar qovşağı kombi sistemi ilə; 1 balkon)
- Ev tam təmir olunub. Evdə çox az müddət yaşayış olub.
- Ev bütün əsas mebellərlə təchiz olunub, mebellərin əksəriyyəti yenicə alınıb və heç istifadə olunmayıb.
- Mənzil qabyuyan, paltaryuyan, soyuducu, qaz piltəsi, mikrodalğa soba, TV, tozsoran, və iki kondisioner ilə təmin olunub.
- Evdə əlavə olaraq paltar quruducu asılqanı, ütü və ütü masası, elektrik çayniki və dəmir çaydan mövcuddur.
- Mənzil 20 mərtəbəli binanın 9-cu mərtbəsində yerləşir.
- Kartla işləyən 3 lifti var (2 sakin üçün və 1 yük lifti).
- Binanın parking üçün 4 mərtəbəli qarajı var (aylıq 50 AZN ödəməklə kart əldə oluna bilər).
- Yaşayış kompleksinin uşaq oyun meydançası, geniş supermarketi fəaliyyət göstərir.
- Yaşayış kompleksində 24/7 mühafizə və təhlükəsizlik kamera nəzarəti mövcuddur. Binaya və aidiyyəti mərtəbəyə yalnız kartla giriş edilə bilinir (kənar şəxs daxil ola bilmir).
- Yaşayış kompleksi 20 yanvar metrosuna piyada 5 dəqiqəlik məsafədə yerləşir.
- Evin işiq, su, qaz, internet/WIFI və aylıq kommunal xərcləri kirayə götürənin hesabınadır.
- Depozit haqqı: 1500 AZN (Qeyd: kirayəçi evdən çıxdıqdan sonra ev inspeksiya olunacaq, kirayəçinin yaşadığı müddətdə onun tərəfindən hər hansı fiziki/mexaniki zədə halları baş verdikdə təmir məqsədilə həmin depozit haqqından çıxılacaq, əks halda tam məbləğ geri qaytarılacaq. Nəzərə alınmalıdır ki, evdəki əşyaların böyük əksəriyyəti yenidir.
Əlavə qeydlər:
- qeyri-ciddi şəxslər narahat etməsin, həqiqətən kirayə götürməyə hazır olan şəxslər əlaqə saxlasın;
- uzunmüddətli (ən azı 1 il) kirayə götürməyə hazır olan şəxslərə üstünlük verilir;
- sub-arenda üzrə əməkdaşlıq da mümkündür;
- əlavə suallar üçün whatsapp vasitəsilə mesaj göndərməklə əlaqə saxlanıla bilər.