İnşaatçılar metrosu yaxınlığında, 100 m² terras imkanı olan obyekt icarəyə verilir!
Yasamal rayonu, A.M. Şərifzadə küçəsində, İnşaatçılar metrosuna cəmi 400 metr məsafədə, yol kənarında yerləşən kommersiya obyekti icarəyə təklif olunur.
Obyektin sahəsi 45 m²-dir. Əlavə olaraq qarşısında 100 m² terras yaratmaq imkanı mövcuddur. Binanın 1-ci mərtəbəsində yerləşir, zirzəmi deyil.
Obyektin əsas üstünlüyü onun yerləşməsidir. Birbaşa 167 nömrəli məktəblə üzbəüz, uşaq bağçasının və çoxsaylı yaşayış binalarının əhatəsində yerləşir. Ərazidə gün ərzində yüksək piyada hərəkəti və aktiv ticarət mühiti mövcuddur.
Obyekt tam təmirlidir. Havalandırma sistemi, su xətti, 3 fazalı elektrik və sanitar qovşağı var. Qeyri-yaşayış çıxarışlıdır.
Coffee-shop, şirniyyat evi, kafe, fast-food, aptek, gözəllik salonu, mağaza və digər kommersiya fəaliyyətləri üçün əlverişli seçimdir.
Obyekt daha əvvəl müxtəlif biznes sahələrində fəaliyyət göstərib.
1 noyabr tarixindən etibarən boş və əşyasız təhvil veriləcək. İstəyə uyğun olaraq mövcud avadanlıqları hazırkı icarəçidən münasib qiymətə almaq və fəaliyyəti hazır biznes kimi davam etdirmək mümkündür.
Uğurlu lokasiyada öz biznesini qurmaq və ya genişləndirmək istəyənlər üçün yaxşı fürsətdir.
Ətraflı məlumat və baxış üçün əlaqə saxlayın.
© Emin · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.