Şəbəkə infrastrukturu, serverlər və veb/mobil tətbiqlər üzrə mütəmadi penetrasiya testlərini planlaşdırmaq və həyata keçirmək;Şəbəkə, server və proqram təminatlarında zəiflikləri müəyyən etmək məqsədilə vulnerability scanning alətlərindən istifadə etmək;Android, iOS və veb tətbiqlərinin mənbə kodlarında təhlükəsizlik qüsurlarını SAST/DAST metodologiyaları əsasında aşkar etmək;Aşkar edilmiş təhlükəsizlik boşluqları üzrə texniki və icraedici heyət üçün aydın və strukturlaşdırılmış hesabatlar hazırlamaq;Müəyyən edilmiş zəifliklərin aradan qaldırılması prosesini İT komandası ilə birgə koordinasiya etmək və zəruri texniki dəstəyi göstərmək;Yeni hücum vektorları, sıfır-gün zəiflikləri (zero-day) və aktual kibertəhdidlər üzrə mütəmadi araşdırmalar aparmaq;Korporativ təhlükəsizlik siyasəti və prosedurlarının hazırlanmasına töhfə vermək;Red Team/Blue Team məşqlərinin təşkilində iştirak etmək.
Tələblər:
Ali təhsil (İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi, Kompüter elmləri, Kompüter mühəndisliyi və ya digər əlaqəli texniki ixtisaslar üzrə);Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; ingilis və rus dillərini bilmək üstünlükdür;Bank sektorunda müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür;Penetrasiya testləri sahəsində minimum 2 il iş təcrübəsi;Metasploit, Burp Suite, Nmap, Nessus/OpenVAS, Wireshark və OWASP ZAP alətləri ilə peşəkar səviyyədə işləmək bacarığı;OWASP Top 10, PTES, OSSTMM və MITRE ATT&CK metodologiyalarını praktiki olaraq tətbiq etmək bacarığı;Android və iOS tətbiqlərinin statik və dinamik analizini aparmaq bacarığı (jadx, apktool, Frida, objection və s.);Linux/Unix mühitlərində sərbəst işləmək, Bash, Python və ya PowerShell ilə skript yazmaq bacarığı;TCP/IP, DNS, HTTP/S, SSL/TLS və Active Directory protokolları üzrə dərin biliklər;CTF-lərdə və “Bug bounty” proqramlarında iştirak təcrübəsi üstünlükdür;CEH, OSCP, eCPPTv3, CPTS, CWES, CompTIA PenTest+, GPEN və ya ekvivalent sertifikatların mövcudluğu üstünlükdür;Detallara qarşı diqqətli olmaq, məsuliyyətli yanaşma;Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: ATB Bank
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/atb/atb-informasiya-tehlukesizliyi-merkezinin-aparici-muhendisi-penetration-tester-75405679/apply