Prayk
İnformasiya təhlükəsizliyinin tədrisi üzrə Mentor (Red Team) — İT, telekommunikasiya, Bakı
Negotiable

İnformasiya təhlükəsizliyinin tədrisi üzrə Mentor (Red Team)

Verified1 months ago
City
Bakı
Date
Views
35
Number
№4616280

Description

Müəllimlər və tələbələr arasında effektiv ünsiyyətin təmin edilməsi məqsədilə əlaqələndirici şəxs kimi çıxış etmək; Kursla bağlı yeniləmələri, elanlar və gözləntilərin aydın və vaxtında çatdırılmasını təmin edərək müəllimlər və tələbələr arasında əsas əlaqə nöqtəsi kimi çıxış etmək;Müəllimlərə tələbələrin unikal ehtiyaclarını və problemlərini anlamaqda dəstək göstərmək, onlara tələbələrin iştirakının təmin edilməsi və dərsin anlaşıqlığının maksimum dərəcədə artırılması üçün öz tədris yanaşmalarını uyğunlaşdırmağa dəstək göstərmək;Fəal öyrənməni təşviq etməklə, müzakirələri asanlaşdırmaqla və tələbə sorğularını və narahatlıqlarını həll etməklə tələbələrin dərslərdə aktiv iştirakını təmin etmək;Tələbələrin tədris prosesində inkişafını izləmək, dərslərdə çətinlik çəkən tələbələri müəyyən edərək lazımi dəstək və resurslarla təmin etmək;Müəllimlər və tələbələrdən alınan rəylər əsasında kursun strukturunun, məzmununun və tədris metodologiyasının təkmilləşdirilməsi üçün təkliflər vermək;Tələbələrin real ssenarilər əsasında bacarıqlarını inkişaf etdirmək üçün Red Team praktiki tapşırıqların və simulyasiyaların həyata keçirilməsində yaranan sualların cavablandırılması;Tələbələrə hücumçu (offensive) təhlükəsizlik texnikalarında real təcrübə ilə təmin etmək məqsədilə nüfuzetmə test laboratoriyalarının qurulmasında və testlərin keçirilməsində kömək etmək;Red Team əməliyyatlarında istifadə olunan kibertəhlükəsizlik alətləri və texnologiyalarından, məsələn, nüfuzetmə testi çərçivələri və zəiflik skanerləri kimi alətlərdən istifadə zamanı yaranan çətinliklərlə bağlı tələbələrə kömək etmək;Müəllimlərin lazımi tədris resursları ilə və tələbələrin dərs materialları ilə təmin olunması üçün kurs administratorları ilə əməkdaşlıq etmək;Davamlı inkişafın təmin edilməsi məqsədilə müəllimlərin performansının və tələbələrin nəticələrinin qiymətləndirilməsi prosesində iştirak etmək;Müəllimlər, tələbələr və inzibati heyət arasında düzgün koordinasiyanın qurulması məqsədilə kurs koordinatoru və digər mentorlarla sıx əməkdaşlıq etmək. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Gənc mütəxəssis Şirkət: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/idda/idda-informasiya-tehlukesizliyinin-tedrisi-uzre-mentor-red-team-51029148/apply
ADVERTISEMENT