Prayk

İnkişaf üzrə Menecer

400 ₼
Verified1 months ago
City
Bakı
Category
Sales
Date
Views
4
Number
№2132674

Description

Elektrikli Avtomobillər üçün Şarj Stansiyaları Şəbəkəsinin İnkişafı üzrə Menecer Elektrikli avtomobillər üçün şarj stansiyaları şəbəkəsinin aktiv genişlənməsi ilə əlaqədar komandamıza enerjili, ünsiyyətcil və nəticəyönümlü əməkdaş axtarırıq. 1. Full-time iş formatı Bu formatda siz bizimlə tam iş qrafiki əsasında çalışırsınız. Gündəlik fəaliyyətiniz və görülən işlər barədə hesabat təqdim edirsiniz. Ödəniş: 400 AZN aylıq sabit maaş Quraşdırılan hər bir şarj stansiyasına görə 200 AZN bonus 2. Sərbəst qrafik / nəticəyə əsaslanan əməkdaşlıq Bu formatda sizin iş qrafikiniz sərbəstdir. Sizi heç kim gündəlik olaraq nəzarətdə saxlamır və müəyyən iş saatı tələb olunmur. Əsas tələb uyğun və perspektivli məkanları tapmaq və nəticə əldə etməkdir. Bu halda: Sabit maaş yoxdur Quraşdırılan hər bir şarj stansiyasına görə 300 AZN ödəniş edilir Axtardığımız uyğun məkanlara yaşayış kompleksləri, ticarət və biznes mərkəzləri, hotellər, restoran və kafelər, klinikalar, supermarketlər, fitnes mərkəzləri və geniş parkinq sahəsi olan digər kommersiya obyektləri daxildir. * Sürətlə inkişaf edən elektromobillik sektorunda perspektivli iş. * Karyera və peşəkar inkişaf imkanları. Tələblər: * Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı. * Satış, biznesin inkişafı və ya müştərilərlə iş sahəsində təcrübə arzuolunandır. * Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq. * İşini müstəqil planlaşdırmaq və təşkil etmək bacarığı. * Şəxsi avtomobilin olması üstünlük hesab olunur. Vəzifə öhdəlikləri: * Şəhər daxilində şarj stansiyalarının quraşdırılması üçün perspektivli məkanların axtarışı. * Kommersiya obyektləri, ticarət mərkəzləri, biznes mərkəzləri, yaşayış kompleksləri, klinikalar, hotellər, restoranlar, supermarketlər və digər obyekt sahibləri ilə danışıqların aparılması. * Tərəfdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi. * Seçilmiş məkanların nəqliyyat axını və potensial tələbat baxımından təhlili. * Kommersiya təkliflərinin təqdim olunması və danışıqların razılaşma əldə edilənədək müşayiət edilməsi. * Obyektlərə baxış keçirilməsi və avadanlığın yerləşdirilməsi imkanlarının qiymətləndirilməsi. Maaş: 400-2500 AZN Yaş: 25-50 İş təcrübəsi: 1 ildən 3 ilə qədər

© Green Charge Azerbaijan boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT