
16
İnsan Resursları şöbəsinin Baş mütəxəssisi

Negotiable
İnsan Resursları şöbəsinin Baş mütəxəssisi
VerifiedYesterday
Date
Views16
Number№6179608
Description
Təhsil Texnologiyaları Mərkəzi İnsan Resursları şöbəsinin Baş mütəxəssisi vəzifəsi üzrə peşəkar və təcrübəli namizədləri komandamıza qoşulmağa dəvət edir.
Əsas vəzifə öhdəlikləri
HR strategiyasının hazırlanması və icrasında fəal iştirak etmək;
İşə qəbul, adaptasiya və əməkdaşların motivasiyası proseslərini idarə etmək;
Əmək qanunvericiliyinin tələblərinə uyğun kadr sənədləşməsini və uçotunu aparmaq;
Performansın qiymətləndirilməsi və əməkdaşların inkişaf proqramlarını hazırlamaq və tətbiq etmək;
HR analitikası, işçi dövriyyəsi, məzuniyyət qalıqları və digər əsas HR göstəriciləri üzrə statistik və analitik hesabatlar hazırlamaq;
Korporativ mədəniyyətin formalaşdırılması və daxili kommunikasiyanın gücləndirilməsi istiqamətində fəaliyyət göstərmək;
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və əlaqəli normativ hüquqi aktlarda baş verən dəyişiklikləri izləmək, onların HR proseslərinə təsirini təhlil etmək;
HR siyasət və prosedurlarının hazırlanması, təkmilləşdirilməsi və tətbiqində iştirak etmək.
Namizədə dair tələblər
İnsan Resursları, Biznesin İdarəedilməsi, Hüquq və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək münasibətlərini tənzimləyən normativ hüquqi aktlar üzrə biliklər;
HR texnologiyaları və MS Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
Güclü analitik düşünmə, planlaşdırma və təşkilatçılıq bacarıqları;
Yüksək kommunikasiya və komanda ilə işləmək bacarığı;
Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
Beynəlxalq HR sertifikatlarının olması arzuolunandır.
İş şəraiti
İş yeri: Təhsil Texnologiyaları Mərkəzi
İş rejimi: Tam ştat
İş qrafiki: 5 günlük iş həftəsi
İş saatları: 09:00–18:00
Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mailin mövzu hissəsində “İnsan Resursları şöbəsinin Baş mütəxəssisi” qeyd olunmalıdır.
Tələblərə uyğun namizədlər ilkin qiymətləndirmə mərhələsindən sonra müsahibəyə dəvət ediləcəklər.
Son müraciət tarixi: 04.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/tehsil-texnologiyalari-merkezi-insan-resurslari-sobesinin-bas-mutexessisi-156592
ADVERTISEMENT












