
Bakı2
Keyfiyyətə Nəzarət Şöbə Rəhbəri
Keyfiyyətə Nəzarət Şöbə Rəhbəri
Negotiable
Verified2 days ago
CityBakı
Date
Views2
Number№4618299
Description
İş barədə məlumat:
Şirkətdə tətbiq olunan keyfiyyətə nəzarət sisteminin təşkili, idarə edilməsi və təkmilləşdirilməsi;
İstehsal proseslərinin keyfiyyət standartlarına və daxili prosedurlara uyğunluğuna nəzarət etmək;
Xammalın, istehsal prosesinin və hazır məhsulun keyfiyyət göstəricilərinin yoxlanılmasını təşkil etmək;
Keyfiyyətə nəzarət şöbəsinin əməkdaşlarının işini planlaşdırmaq, koordinasiya etmək və qiymətləndirmək;
Uyğunsuzluqların səbəblərini araşdırmaq, düzəldici və qabaqlayıcı tədbirlər planını hazırlamaq və icrasına nəzarət etmək;
Keyfiyyət göstəriciləri üzrə gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
Daxili və xarici auditlərdə iştirak etmək, audit nəticələrinə əsasən fəaliyyət planlarını hazırlamaq;
ISO 9001, ISO 22000, HACCP, GMP və digər keyfiyyət standartlarının tətbiqinə və davamlı icrasına nəzarət etmək;
İstehsalat, laboratoriya və digər şöbələrlə koordinasiyalı işləyərək məhsul keyfiyyətinin davamlı inkişafını təmin etmək;
İşçi heyəti üçün keyfiyyət və qida təhlükəsizliyi sahəsində təlimlərin təşkilində iştirak etmək;
İş şəraiti
6 günlük iş rejimi;
Nahar şirkət tərəfindən təmin edilir;
Servis mövcüddur;
Əmək haqqı: Müsahibə əsasında.
Tələblər:
Qida mühəndisliyi, qida texnologiyası, baytarlıq, biologiya, kimya, kənd təsərrüfatı və ya digər müvafiq sahə üzrə ali təhsil;
İstehsalat müəssisəsində keyfiyyətə nəzarət sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi;
ISO 9001, ISO 22000, HACCP, GMP və qida təhlükəsizliyi sistemləri üzrə biliklər;
Azərbaycan Respublikasının qida təhlükəsizliyi və sanitariya normaları üzrə biliklər;
Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı;
Güclü liderlik, komanda idarəetməsi və təşkilatçılıq qabiliyyəti;
MS Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmə bacarığı;
ERP və ya digər istehsal idarəetmə proqramlarında işləmək bacarığı üstünlükdür;
Məsuliyyətli, təşəbbüskar, nəticəyönümlü və yüksək ünsiyyət bacarıqlarına malik olmaq.
Əgər bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi və əlaqə məlumatlarınızı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/198655/keyfiyyete-nezaret-sobe-rehberi
ADVERTISEMENT













