
Şamaxı12
Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Şamaxı)
Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Şamaxı)
Negotiable
Verified1 weeks ago
CityŞamaxı
Date
Views12
Number№4660959
Description
Şirkətimiz istehsal proseslərinin səmərəli təşkili, məhsul keyfiyyətinin təmin edilməsi və müvafiq standartlara uyğunluğun qorunması məqsədilə komandasına Keyfiyyətə nəzarət üzrə mütəxəssis axtarır.
Əsas vəzifə öhdəlikləri:
İstehsal olunan süd və ət məhsullarının keyfiyyət göstəricilərinə nəzarət etmək;
Xammalın, yarımfabrikatların və hazır məhsulların keyfiyyətinin müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlamaq;
Məhsullardan nümunələrin götürülməsi və müvafiq keyfiyyət yoxlamalarının aparılmasında iştirak etmək;
Məhsulların saxlanma və daşınma şəraitinə, temperatur rejiminə və gigiyena tələblərinə riayət olunmasına nəzarət etmək;
Müəyyən edilmiş keyfiyyət standartlarından kənarlaşmaları aşkar etmək, qeydə almaq və aidiyyəti şəxsləri məlumatlandırmaq;
Keyfiyyətə nəzarət üzrə müvafiq sənədləri, jurnalları və hesabatları hazırlamaq;
İstehsal və saxlanma proseslərində sanitariya-gigiyena və qida təhlükəsizliyi tələblərinə əməl olunmasını izləmək;
Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək.
Namizədə tələblər:
Qida mühəndisliyi, qida təhlükəsizliyi, kimya, biologiya və ya müvafiq sahələr üzrə ali təhsil;
Keyfiyyətə nəzarət və ya qida istehsalı sahəsində iş təcrübəsi – arzuolunandır;
Qida təhlükəsizliyi, sanitariya-gigiyena və məhsulların saxlanması qaydaları barədə biliklər;
Keyfiyyət göstəricilərinin yoxlanılması və uyğunsuzluqların müəyyən edilməsi bacarığı;
MS Office proqramları, xüsusilə Excel üzrə biliklər;
Sənədləşmə və hesabatların hazırlanması bacarığı;
Diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və operativlik;
Komandada işləmək və istehsal əməkdaşları ilə effektiv ünsiyyət qurmaq bacarığı;
Növbəli iş rejimində işləməyə hazır olmaq.
İş şəraiti:
İş qrafiki: istehsal proseslərinin xüsusiyyətlərinə uyğun növbəli iş rejimi;
Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir;
İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/198974/keyfiyyete-nezaret-uzre-mutexessis-samaxi
ADVERTISEMENT













