Prayk
Komplayens xidmətinin mütəxəssisi — Maliyyə, Bakı
Negotiable

Komplayens xidmətinin mütəxəssisi

VerifiedYesterday
City
Bakı
Category
Finance
Date
Views
7
Number
№5336409

Description

Əsas vəzifə öhdəlikləri: 1. Sığortaçının fəaliyyətində qanunvericiliyin və daxili qaydaların pozulması halları ilə bağlı əhəmiyyətli komplayens riskləri baş verdiyi halda Direktorlar Şurasına dövri və ya növbədənkənar əsasda hesabatlar təqdim etmək. 2. Sığortaçının komplayens riskinin müəyyən edilməsi, qiymətləndirilməsi, idarə edilməsi və monitorinqi üçün daxili prosedur və metodları, həmçinin görüləcək tədbirləri müəyyən etmək. 3. Aşkarlanmış və sığortaçının maliyyə dayanıqlığı göstəricilərinə neqativ təsir edəcək komplayens riskləri, habelə onların aradan qaldırılması üzrə görülmüş və (və ya) görüləcək tədbirlər barədə tələb edildiyi halda Mərkəzi Bankı məlumatlandırmaq. 4. Sığortaçının əməkdaşları üçün komplayens riskləri ilə əlaqədar təlim proqramı hazırlanmasında və aidiyyəti struktur bölmələrlə birgə proqramın icrasının təmin edilməsində iştirak etmək. 5. Yeni sığorta məhsullarının və xidmətlərinin hazırlanması və tətbiqi prosesində iştirak etmək, yeni məhsulların və xidmətlərin formalaşdırılması ilə bağlı fəaliyyətin qanunvericiliyə və əlaqəli sığorta siyasətinə, habelə sığorta təcrübəsinə uyğunluğunu qiymətləndirmək, bu məhsulların və xidmətlərin həyata keçirilməsindən qabaq sığortaçının hüquq xidməti və ikinci müdafiə xəttinə daxil olan struktur bölmələrin rəyinin alınmasını yoxlamaq. 6. Komplayens risklərinin əhatə olunduğu yeni tələblərlə əlaqədar daxili kommunikasiyanı təmin etmək. 7. Sığortaçının fəaliyyəti ilə bağlı vətəndaş müraciətlərinin monitorinqini aparmaq. 8.Qanunvericilikdə nəzərdə tutulan digər öhdəliklər. Tələblər: Tələblər Təhsil: Ali (hüquqsünaş ixtisası üzrə) Dil bilikləri: Azərbaycan və ingilis dilləri (rus dili arzuolunandı) Yumşaq bacarıqlar: Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı İş təcrübəsi: Maliyyə sektorunda hüquq və risklərin idarəedilməsi, komplayens, aktuar və daxili audit fəaliyyəti üzrə iş təcrübəsi Vakansiya növü: Tam ştat Şirkət: "Qala Sığorta" ASC Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/qala-insurance/qala-insurance-komplayens-xidmetinin-mutexessisi-69691497/apply
ADVERTISEMENT