
Bakı8
Mühasib köməkçisi

500 ₼
Mühasib köməkçisi
VerifiedToday
Description
İş qrafiki: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə).
İş saatları: 09:00-dan–18:00-dək.
İstirahət günləri: Şənbə və Bazar.
İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir.
Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı müəyyən edilir.
Müxtəlif fəaliyyət sahələrində mühasibat və vergi uçotu üzrə praktiki təcrübə qazanmaq və peşəkar inkişaf imkanı.
CV- lərinizi [email protected] e-mail ünvanina göndərməyiniz xahiş olunur.
Tələblər:
Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsində ali təhsil.
Mühasibatlıq sahəsində minimum 6 ay – 1 il iş təcrübəsi.
MS Office proqramlarında, xüsusilə MS Excel-də sərbəst işləmək bacarığı.
Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotunun əsasları üzrə biliklər.
E-taxes, e-qaimə, ƏMAS və digər elektron dövlət portalları ilə işləmək bacarığı.
1C proqramı üzrə biliklər, diqqətlilik, məsuliyyətlilik və komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
lkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və müvafiq qaydada uçota alınması.
Elektron qaimə-fakturaların hazırlanması, göndərilməsi və daxil olan e-qaimələrin yoxlanılması.
Bank və kassa əməliyyatlarının aparılması, ödəniş tapşırıqlarının hazırlanması və bank çıxarışlarının uçota işlənilməsi.
Əmək haqqı, məzuniyyət və son haqq-hesab hesablamalarının aparılmasında iştirak etmək.
Vergi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta hesabatlarının hazırlanmasında mühasibə dəstək göstərmək.
Debitor və kreditor borclarının uçotunun aparılması, üzləşmə aktlarının hazırlanması və gündəlik mühasibat əməliyyatlarının icrası.
Maaş: 500-700 AZN
Yaş: 25-35
İş təcrübəsi: 1 ildən aşağı
Listing source
Open the original listing© NET FİNANCE MMC boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT











