Prayk

Korporativ satış mütəxəssisi

700 ₼
Verified1 months ago
City
Bakı
Category
Sales
Date
Views
6
Number
№2283445

Description

İş şəraiti: * İş qrafiki: Tam iş günü, 5 günlük iş həftəsi; * Əməkhaqqı: 700 - 1500 ₼. Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir. Sabit əmək haqq + satış nəticələrinə uyğun bonus; * Mobil rabitə və işgüzar səfər xərclərinin qarşılanması; * Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; * Peşəkar inkişaf və karyera yüksəlişi imkanı. Tələblər: B2B satış və müştəri münasibətlərinin idarə olunması üzrə praktiki bacarıqlar; Satış danışıqları aparmaq və nəticəyə yönəlmək bacarığı; Yeni müştərilərin axtarışı və cəlb edilməsi bacarığı; Dövlət satınalmaları və tender prosesi haqqında məlumatlı olmaq üstünlükdür; Tender sənədlərini və texniki şərtləri oxumağa və təhlil etməyə maraq; MS Office, xüsusilə Excel və Word proqramlarında işləmək bacarığı; Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; Rus və İngilis dili biliyi üstünlükdür; Analitik düşüncə, təqdimat, inandırma, araşdırma aparmaq və məlumatları müqayisə etmək bacarığı; Məsuliyyətli, təşəbbüskar, intizamlı və nəticəyönümlü olmaq; Komandada işləmək və eyni zamanda müstəqil qərar qəbul etmək bacarığı; Şəxsi avtomobilin olması üstünlükdür. Vəzifə öhdəlikləri: Yeni korporativ müştərilərin araşdırılması, cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi; Mövcud korporativ müştərilərlə əlaqələrin inkişaf etdirilməsi və satış həcminin artırılması; Aylıq və illik satış planlarının yerinə yetirilməsi; Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsul və həllərin təklif edilməsi; Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi; Satış danışıqlarının aparılması və satış prosesinin sifarişin tamamlanmasına qədər idarə edilməsi; Müqavilələrin hazırlanması və razılaşdırılması prosesində iştirak; Müqavilə bağlandıqdan sonra layihənin icra vəziyyətinin və müştəri məmnuniyyətinin izlənilməsi; Çatdırılma xidməti üzrə işlərin təşkili və idarəedilməsi Dövlət satınalmaları üzrə elanların mütəmadi monitorinqi və şirkət üçün uyğun satınalmaların müəyyənləşdirilməsi; Tender sənədlərinin və texniki şərtlərin ilkin təhlilində iştirak; Tender və kotirovka sorğuları üçün tələb olunan sənədlərin hazırlanmasında iştirak; Tender imkanlarının satış potensialı baxımından qiymətləndirilməsi və rəhbərliyə təqdim edilməsi; Tender və satış fəaliyyəti üzrə məlumatların, müştəri bazasının və nəticələrin sistemli şəkildə aparılması; Gündəlik və həftəlik fəaliyyət və satış hesabatlarının hazırlanması; Mövcud bazarın, rəqiblərin və qiymət dəyişikliklərinin araşdırılması; Şirkətin bazarda tanıdılması və korporativ müştəri bazasının genişləndirilməsi Şirkətin məhsul və xidmətlərinin korporativ müştərilərə təqdim edilməsi Maaş: 700-1500 AZN Yaş: 25-45 Təhsil: Ali İş təcrübəsi: 3 ildən 5 ilə qədər

© Dolu Store boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp