Core Construction MMC komandasına peşəkar və məsuliyyətli Kran Operatoru axtarırıq!
Vəzifə öhdəlikləri:
Kran mexanizmini təhlükəsizlik qaydalarına uyğun idarə etmək;
Yüklərin qaldırılması, endirilməsi və daşınmasını həyata keçirmək;
Yükləmə-boşaltma əməliyyatlarını düzgün və təhlükəsiz icra etmək;
Kranın texniki vəziyyətinə gündəlik nəzarət etmək;
İşə başlamazdan əvvəl kranın sazlığını yoxlamaq;
Əməyin mühafizəsi və SƏTƏM qaydalarına riayət etmək;
Aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə məlumat vermək.
Namizədə tələblər:
Müvafiq sahə üzrə iş təcrübəsi;
Kran idarə etmək üçün müvafiq ixtisas vəsiqəsi və sertifikatın olması;
Texniki bilik və praktiki idarəetmə bacarığı;
Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
Komanda ilə işləmək bacarığı;
Təhlükəsizlik qaydalarını bilmək və onlara ciddi riayət etmək.
İş şəraiti:
İş yeri: Şirkətin layihə ərazisi;
İş qrafiki: Razılaşdırılmış iş rejiminə uyğun;
Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir;
Rəsmiləşdirmə: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun.
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Kran Operatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya əlaqə nömrəsinə göndərə və ya müraciət edə bilərlər:
Əlaqə nömrəsi: 010 250 30 14
Core Construction MMC – Peşəkar komanda, güclü layihələr!
Son müraciət tarixi: 27.12.2026
© Core Construction · jobsearch.az · The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.