Prayk
Layihə rəhbəri — HR, kadr
Negotiable

Layihə rəhbəri

VerifiedToday
Category
HR, staffing
Date
Views
2
Number
№4531222

Description

İş yeri: Qarabağ (Qubadlı) Vəzifə öhdəlikləri Tikinti layihələrinin təsdiq edilmiş layihə sənədlərinə, iş qrafikinə, büdcəyə və müəyyən edilmiş keyfiyyət standartlarına uyğun həyata keçirilməsini təmin etmək; Layihənin planlaşdırılması, təşkili və icrasına ümumi rəhbərlik etmək; Layihə üzrə işlərin gedişatına nəzarət etmək, görülən işlərin müəyyən edilmiş müddətlərdə və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək; Layihə çərçivəsində çalışan mühəndislərin, texniki heyətin və digər əməkdaşların fəaliyyətini əlaqələndirmək; Layihə-smeta sənədlərini, iş həcmlərini, texniki çertyojları və digər layihə sənədlərini təhlil etmək; Tikinti materiallarının, texnikanın və əmək resurslarının səmərəli istifadəsinə nəzarət etmək; Layihənin büdcəsinə və xərclərinə nəzarət etmək, əlavə xərclərin qarşısının alınması üçün tədbirlər görmək; Sifarişçi, podratçı, subpodratçı və digər aidiyyəti tərəflərlə işgüzar əlaqələri qurmaq və koordinasiyanı təmin etmək; Tikinti işlərinin Azərbaycan Respublikasının qüvvədə olan normativ sənədlərinə, tikinti norma və qaydalarına uyğun aparılmasına nəzarət etmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik və müəssisədaxili intizam qaydalarına riayət olunmasını təmin etmək; Layihə üzrə yaranan texniki və təşkilati problemləri müəyyən etmək, onların operativ həlli istiqamətində tədbirlər görmək; Layihənin icrası ilə bağlı mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; Layihə üzrə təqvim qrafiklərinin hazırlanmasını, icrasını və zərurət yarandıqda yenilənməsini təmin etmək; Görülmüş işlərin həcminə və keyfiyyətinə nəzarət etmək, müvafiq icra sənədlərinin hazırlanmasını təşkil etmək; Layihənin müəyyən edilmiş müddətdə və nəzərdə tutulan nəticələrə uyğun tamamlanmasını təmin etmək. Tələb olunan bilik və bacarıqlar İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil; Tikinti sahəsində ən azı 5 il iş təcrübəsi, layihələrin idarə olunması üzrə təcrübəyə üstünlük verilir; Tikinti layihələrinin planlaşdırılması, təşkili və idarə olunması üzrə biliklər; Layihə-smeta sənədləri, iş həcmləri, Forma 2, Forma 3 və digər icra sənədləri ilə işləmək bacarığı; Tikinti norma və qaydaları, texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə biliklər; Microsoft Office proqramları üzrə biliklər; AutoCAD və digər layihələndirmə proqramları ilə işləmək bacarığı üstünlükdür; Layihənin büdcəsinin, resurslarının və iş qrafikinin idarə edilməsi bacarığı; Analitik düşünmə və operativ qərarvermə bacarığı; Yüksək təşkilatçılıq və liderlik qabiliyyəti; Komandanı idarə etmək, iş bölgüsü aparmaq və əməkdaşların fəaliyyətini koordinasiya etmək bacarığı; Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı; Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət; Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür; Ezamiyyət və regionda işləmək imkanına malik olmaq. İş şəraiti İş yeri: Qarabağ (Qubadlı) İş qrafiki: 6 günlük iş rejimi Qalmaq: Şirkət tərəfindən təmin olunur Yemək: Şirkət tərəfindən təmin olunur Əmək müqaviləsi: Rəsmi qaydada rəsmiləşdirilir Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək. Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 13.11.2026

© Cronos Construction jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT