Prayk
Mal uçotu üzrə kiçik əməliyyatçı mühasib — Maliyyə
Negotiable

Mal uçotu üzrə kiçik əməliyyatçı mühasib

Copy2 weeks ago
Category
Finance
Date
Views
29
Number
№4544410

Description

İş şəraiti İş yeri: Bakı şəhəri, Binəqədi ərazisi Vakansiya növü: Tam ştat İş rejimi: Həftədə 6 iş günü, 1 istirahət günü Vəzifə öhdəlikləri Mağazaya daxil olan malların sayının və müşayiətedici sənədlərinin yoxlanılması, giriş əməliyyatlarının uçot sistemində işlənməsi; Satışa verilən və mağazadan çıxan malların siyahılarının hazırlanması, satış və çıxış əməliyyatlarının uçot sistemində rəsmiləşdirilməsi; Təhvil veriləcək malların siyahı ilə tutuşdurulması, təkrar yoxlanılması və təhvil-təslim aktı əsasında təhvil verilməsi; Mövcud və yeni daxil olan malların satış qiymətlərinin təsdiqlənmiş qaydalara əsasən hesablanması, qiymət məlumatlarının və etiketlərinin hazırlanması; Malların qiyməti və uçot məlumatları ilə bağlı satıcılara dəstək göstərilməsi; Mal qalıqlarının yoxlanılmasında və inventarizasiyada iştirak, aşkar olunan uyğunsuzluqların rəhbərliyə bildirilməsi. Namizədə tələblər Mal uçotu və ya əməliyyatçı mühasib işi üzrə təcrübə; Malların giriş və çıxış sənədləri, satış siyahıları və təhvil-təslim aktları ilə işləmək bacarığı; 1C proqramında mal uçotu, giriş, çıxış və satış əməliyyatlarını aparmaq, Excel ilə işləmək bacarığı; Satış qiymətlərini hesablamaq və qiymət məlumatlarını dəqiq işləmək bacarığı. Şəxsi keyfiyyətlər Diqqətli, məsuliyyətli və nizam-intizamlı olmaq; Sənədləri və rəqəmləri dəqiq yoxlamaq, tapşırıqları vaxtında yerinə yetirmək; Satıcılar və digər əməkdaşlarla aydın ünsiyyət qurmaq və komanda ilə işləmək. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Mal uçotu üzrə əməliyyatçı mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Son müraciət tarixi: 13.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/fateh-insaat-mmc-mal-ucotu-uzre-kicik-emeliyyatci-muhasib-153651
ADVERTISEMENT