
1
Marketinq Akkaunt Menecer
Marketinq Akkaunt Menecer
Negotiable
VerifiedYesterday
Date
Views1
Number№4853190
Description
İş Yeri: Sinteks LLC
Lokasiya: Bakı, Azərbaycan
Vəzifənin təsviri
Marketinq Akkaunt Menecer ona təhkim olunmuş brendlərin marketinq planlarının icrasına cavabdehdir. Bütün fəaliyyətlərin brend təlimatlarına, marketinq KPI-larına və biznes məqsədlərinə uyğunluğunu təmin edir. Birbaşa menecerin nəzarəti altında Marketinq Fəaliyyət Planları, Media Planları və kampaniya planları hazırlayır, hədəf auditoriyalara kompleks 360 dərəcə kampaniyalar vasitəsilə yönəlir. Bir sıra marketinq fəaliyyətlərini idarə edir və əməkdaşlıqla həyata keçirir, o cümlədən birbaşa mesajlaşma, rəqəmsal və ənənəvi reklam, PR, tədbirlər, aktivasiyalar, həmçinin influencerlər və təşkilatlarla əməkdaşlıq. Brendlərlə təşkilat arasında əsas əlaqələndirici şəxs kimi çıxış edir və media satınalmasını koordinasiya edir.
Vəzifə öhdəlikləri:
Marketinq Planlaşdırması və İcrası:
Təhkim olunmuş brendlər üzrə ətraflı marketinq fəaliyyət və media planları hazırlamaq,
Rəqəmsal, sosial media, e-mail, çap, açıq hava reklamı və tədbirlər daxil olmaqla, müxtəlif kanallar üzrə inteqrasiya olunmuş marketinq kampaniyaları planlaşdırmaq və həyata keçirmək,
Media satınalma prosesini idarə etmək, brend təlimatlarına uyğun olaraq marketinq materiallarının hazırlanması və çatdırılmasını nəzarətdə saxlamaq.
Kampaniyaların İdarə Edilməsi:
Kampaniyaların həyata keçirilməsini idarə etmək, daxili komandalar və xarici tərəfdaşlarla koordinasiyanı təmin etmək,
Kampaniyanın effektivliyini təhlil və monitorinq etmək, zərurət olduqda dəyişikliklər etmək,
Kampaniya büdcəsini idarə etmək, resurslardan səmərəli istifadəni təmin etmək və ROI-nin (investisiya gəlirliliyi) müsbət olmasına nail olmaq.
Müştəri İştirakı və Əməkdaşlıq:
Brend tərəfdaşları, daxili komandalar, müştərilər və təchizatçılar da daxil olmaqla, əsas maraqlı tərəflərlə güclü münasibətlər qurmaq və saxlamaq,
Müştəri məmnuniyyətini, sədaqətini və əlaqəsini artırmaq məqsədilə tədbirlər, aktivasiyalar və kampaniyalar təşkil etmək,
Marketinq materialları və məzmunun yaradılması, hazırlanması və idarə olunmasını həyata keçirmək.
Tələblər
Professional biliklər:
Marketinq planlaşdırılması, kampaniya idarəçiliyi, media planları və brend kommunikasiyaları üzrə biliklər. Bu tələb CV-də marketinq fəaliyyət/media planlarının hazırlanması, inteqrasiya olunmuş kampaniyaların icrası, digital/sosial media, PR, tədbirlər, aktivasiyalar, influencer əməkdaşlığı, media satınalma və/və ya agentlik/təchizatçı koordinasiyası üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir.
İngilis dili biliyi: B1 (intermediate) və ya daha yüksək səviyyə, Rus dili arzuolunandır.
MS Office
Təhsil:
Ali təhsil (Marketinq, brend idarəetməsi, dizayn, kommunikasiya, biznes və ya əlaqəli sahə üzrə üstünlükdür) və ya Beynəlxalq marketinq, rəqəmsal marketinq, brend menecment, data analitikası və marketinq kommunikasiyaları üzrə müvafiq sertifikat.
İş təcrübəsi:
Marketinq, brend marketinqi, kampaniya idarəçiliyi, rəqəmsal marketinq, akkaunt menecmenti və/və ya marketinq kommunikasiyaları sahəsində ən azı 2 il iş təcrübəsi.
Moda, pərakəndə satış brendləri, kreativ sahə və/və ya agentlik mühiti üzrə təcrübə arzuolunandır.
Professional bacarıq və kompetensiyalar:
Güclü layihə idarəetməsi və təşkilati bacarıqlar
Əla kommunikasiya və insanlarla münasibət bacarıqları
Peşəkar marketinq, kampaniya və büdcə planlaşdırma qabiliyyəti
Rəqəmsal marketinq, məzmun yaradılması və ya data analitikası alətləri üzrə bacarıq
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 19.11.2026
Listing source
Open the original listing© Sinteks Group of Companies jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT






