Prayk

Marketinq Meneceri (Qrafik Dizayn Bacarıqları ilə)

Negotiable
Verified2 weeks ago
Date
Views
18
Number
№4994424

Description

İş yeri: Bakı şəhəri İş rejimi: Tam ştat Vəzifə öhdəlikləri: Hotelin marketinq strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Sosial media hesablarının idarə olunmasını və kontent planının hazırlanmasını təmin etmək; Hotelin xidmətləri, kampaniyaları və tədbirləri ilə bağlı reklam materialları hazırlamaq; Sosial media paylaşımları, bannerlər, posterlər, broşürlər və digər vizual materialların dizaynını hazırlamaq; Foto və video kontentin hazırlanması, redaktəsi və paylaşılmasını təşkil etmək; Hotelin brend standartlarına və Accor şəbəkəsinin korporativ tələblərinə uyğun vizual materiallar hazırlamaq; Marketinq kampaniyalarının planlaşdırılması və nəticələrinin təhlilini həyata keçirmək; Hotelin restoran, SPA, tədbir və digər xidmətlərinin tanıdılması üçün marketinq fəaliyyətləri təşkil etmək; Satış şöbəsi və digər aidiyyəti bölmələrlə koordinasiyalı işləmək; Rəqiblərin fəaliyyətini və bazar tendensiyalarını izləmək; Marketinq fəaliyyətləri üzrə hesabatlar hazırlamaq. Namizədə tələblər: Marketinq sahəsində minimum 2 il iş təcrübəsi; Qrafik dizayn sahəsində praktiki təcrübə; Adobe Photoshop, Illustrator və Canva proqramları ilə işləmək bacarığı; Sosial media platformalarının idarə olunması və kontent hazırlanması üzrə təcrübə; Rəqəmsal marketinq və reklam alətləri barədə bilik; Kreativ düşüncə və vizual zövq; Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək; rus dili biliyi üstünlükdür; Güclü ünsiyyət, planlaşdırma və təşkilatçılıq bacarıqları; Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq; Komanda ilə işləmək və bir neçə işi paralel idarə etmək bacarığı. İş şəraiti: Rəsmi əmək müqaviləsi; Peşəkar və dinamik kollektiv; Karyera inkişafı imkanları; Nahar təminatı; Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətə əvvəlki işlərdən ibarət portfolio əlavə edilməsi arzuolunandır. Mövzu hissəsində “Marketinq Meneceri” qeyd etmələri xahiş olunur. Son müraciət tarixi: 22.11.2026

© Mercure Hotels Baku City jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp