
Bakı1
Marketinq üzrə Menecer
Marketinq üzrə Menecer
1 500 ₼
VerifiedYesterday
CityBakı
Date
Views1
Number№4850673
Description
Vəzifə öhdəlikləri:
Şirkətin qısa və uzunmüddətli marketinq strategiyasının hazırlanması və icrasına nəzarət edilməsi;
Brendin tanınmasının artırılması və bazar mövqeyinin gücləndirilməsi üçün kampaniyaların təşkili;
Rəqiblərin, bazar trendlərinin və müştəri davranışlarının mütəmadi təhlili;
SMM, Google Ads və digər rəqəmsal kanalların effektiv idarə olunması, performansın ölçülməsi (KPI);
Marketinq büdcəsinin səmərəli bölüşdürülməsi və xərclərə nəzarət edilməsi;
Rəqəmsal marketinq kanallarının (Facebook, Instagram, TikTok) idarəsi;
Müştəri seqmentlərinin müəyyən edilməsi və ona uyğun targetinq ilə reklamların yerləşdirilməsi;
Dizayn, kopiraytinq və SMM komandasının işinin koordinasiya edilməsi;
PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;
Görülən işlərin effektivliyi barədə həftəlik və aylıq analitik hesabatların rəhbərliyə təqdim edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
Ali Təhsil (marketinq və ya əlaqəli sahədə)
Google Ads, Meta Ads, Tiktok Ads, LinkedIn Ads və analitika alətləri ilə işləmək bacarığı;
SEO/SEM, sosial media, reklam və kontent marketinqi sahələrində dərin biliklər;
Brend idarəçiliyi və bazar mövqeyinin qurulması üzrə biliklər;
Yaradıcılıq, təşəbbüskarlıq və problemləri operativ və nəticəyönümlü şəkildə həll etmək bacarığı;
Stratejik düşünmə və analitika bacarığı;
Hesabatlılıq və təqdimat hazırlamaq bacarığı;
Azərbaycan dilində səlis yazılı və şifahi nitq (rus və türk dilini bilməsi üstünlükdür).
İş şəraiti:
İş qrafiki: 5 günlük, tam ştat
Əmək haqqı: 1500 Azn
Ünvan: Babək Plaza
Maraqlanan namizlədlər CV nümunələrini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə "Marketinq üzrə menecer" yazaraq göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/199553/marketinq-uzre-menecer
ADVERTISEMENT





