
16
Marketinq üzrə menecer

1 200 ₼
Marketinq üzrə menecer
VerifiedYesterday
Date
Views16
Number№5892005
Description
BALİQUE premium dəniz məhsulları şirkətidir. Komandamıza marketinq üzrə menecer axtarırıq.
Vəzifə öhdəlikləri:
Aylıq və illik marketinq planını hazırlamaq: büdcə, kanallar (pərakəndə, korporativ, HoReCa, onlayn, Wolt), gözlənilən satış nəticələri və KPI-lar.
Instagram, TikTok, Facebook və YouTube üçün kontent strategiyasını qurmaq, satışa yönəlmiş kontent planı hazırlamaq.
Sosial şəbəkə, reklam (Meta, TikTok), Wolt və sayt statistikasını izləmək, əsas göstəriciləri hesablamaq: reklamın gəlirliliyi (ROAS), müştəri cəlbinin dəyəri (CAC), konversiya, təkrar alış.
Meta və TikTok reklam kampaniyalarını idarə etmək, nəticələrini ölçmək və optimallaşdırmaq.
Yeni mağazaların açılış kampaniyalarını və tədbirlərini planlaşdırmaq.
Mövsümi və tematik aksiyalar keçirmək (məsələn, «Fish Friday», ad günü kampaniyaları), endirim və promo materiallarını hazırlamaq.
Google Maps, 2GIS və Wolt-da şirkətin onlayn reputasiyasını idarə etmək, müştəri rəylərinin sayını artırmaq.
Dietoloq, aşpaz və bloger əməkdaşlıqlarını təşkil etmək.
B2B üçün (otel və restoranlar) təqdimat və marketinq materialları hazırlamaq.
Videoqraf və dizaynerlərin işini istiqamətləndirmək, brend üslubuna nəzarət etmək.
Satış, müştəri və kampaniya datalarını toplamaq və təhlil etmək: hansı kanal, məhsul və aksiyanın nəticə verdiyini müəyyən etmək.
Müştəri seqmentləşdirməsi aparmaq və hədəfli kampaniyalar üçün auditoriyalar müəyyən etmək.
Onlayn satış və mağaza komandası ilə birgə kampaniyaların satışa təsirini təhlil etmək, aylıq marketinq hesabatlarını və dashboardları hazırlayıb rəhbərliyə təqdim etmək, qərarları data əsasında təklif etmək.
Marketinq fəaliyyətinin satışa çevrilməsini analitik olaraq əsaslandırmaq və ölçmək.
Tələblər:
Marketinq sahəsində ən azı 5 il təcrübə; qida, FMCG, pərakəndə və ya HoReCa sahəsində təcrübə üstünlükdür.
Meta Ads Manager və TikTok Ads ilə praktiki iş təcrübəsi.
Marketinq büdcəsini idarə etmək, nəticəni rəqəmlərlə ölçmək və təhlil etmək bacarığı.
Data analitikası bacarığı: Excel və ya Google Sheets-də hesabat və pivot cədvəllər; Meta Ads Manager, TikTok Analytics, Google Analytics hesabatlarını oxumaq və şərh etmək.
Power BI və ya Looker Studio ilə dashboard hazırlamaq təcrübəsi üstünlükdür.
Kontent planlaşdırması və vizual estetika hissi; premium brendlə işləmək təcrübəsi üstünlükdür.
Azərbaycan dilini sərbəst bilmək.
Canva, CapCut və ya oxşar proqramlarla işləmək bacarığı.
Təşəbbüskarlıq, nəticəyə yönümlülük, komanda ilə işləmək bacarığı.
Rus və ingilis dillərini bilmək üstünlükdür.
İş şəraiti:
Əmək haqqı: 1200 AZN-dən başlayır + bonus (KPI nəticəsinə əsasən). Namizədin bilik və bacarıqlarına uyğun olaraq daha yüksək əmək haqqı nəzərdə tutulur.
İş qrafiki: həftədə 5 gün, 09:00–18:00
Rəsmi əmək müqaviləsi
Böyüyən premium brenddə işləmək imkanı
Namizədlərin nəzərinə!
Müsahibəyə dəvət olunan namizədlərdən xahiş edirik:
şirkətin sosial şəbəkə səhifələrini və saytını incələsinlər;
BALİQUE brendi üçün SWOT təhlili aparsınlar və təhlildə istifadə etdikləri əsas göstəriciləri və ya datanı qeyd etsinlər;
marketinq təkliflərini qısa draft formasında hazırlayıb müsahibəyə gətirsinlər.
Müsahibə zamanı namizədlərə praktiki tapşırıq (task testi) da veriləcək.
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
CV-nizi Marketinq üzrə menecer başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Əlaqə: 010 265 45 48
Maaş: 1200 AZN
Son müraciət tarixi: 12.12.2026
Listing source
Open the original listing© Balique 2023 Ltd MMC jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT










