
4
Marketinq və Rəqəmsal Reklam Mütəxəssisi (Performance Marketing)

Negotiable
Marketinq və Rəqəmsal Reklam Mütəxəssisi (Performance Marketing)
VerifiedToday
Date
Views4
Number№5935904
Description
Təhsil və konsaltinq sahəsində fəaliyyət göstərən şirkətlər qrupuna (iki təhsil mərkəzi və bir konsaltinq şirkəti üzrə) Marketinq və Rəqəmsal Reklam Mütəxəssisi tələb olunur.
Vəzifə öhdəlikləri:
3 şirkətin sosial media səhifələrinin reklam kampaniyalarını idarə etmək;
Meta Ads (Facebook, Instagram) və TikTok Ads platformaları üzərindən ödənişli reklamları qurmaq, izləmək və optimallaşdırmaq;
Hər bir şirkət və layihə üzrə düzgün marketinq strategiyasını müəyyənləşdirmək;
Reklamlar üçün dəqiq hədəf kütləni (target audience) seçmək və seqmentləşdirmək;
Reklam büdcəsini effektiv idarə etmək, kampaniyaların nəticələrini analiz etmək və performansı artırmaq.
Namizədə dair tələblər:
Təcrübə: Rəqəmsal marketinq və reklam idarəetməsi (targeting) sahəsində ən azı 2 il iş təcrübəsi;
Texniki biliklər: Meta Ads Manager və TikTok Ads kabinetlərində sərbəst işləmək bacarığı;
Yaş həddi: 23 yaşdan yuxarı;
Cins: Bəy namizədlər;
Analitik düşünmə qabiliyyəti, nəticəyönümlülük və məsuliyyətlilik.
İş şəraiti:
İş rejimi: Tam iş günü, həftədə 5 gün (ofisdaxili / əyani);
İş saatları: 10:00 – 17:00;
Əməkhaqqı: Müsahibə əsasında (namizədin təcrübə və bacarıqlarına uyğun) razılaşdırılır.
Maraqlanan namizədlər öz CV-lərini (varsa, əvvəlki reklam kampaniyalarının nəticələri / portfolionu) mövzu yerində "Marketinq Mütəxəssisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 13.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/company-marketinq-ve-reqemsal-reklam-mutexessisi-performance-marketing-156112
ADVERTISEMENT









