İş şəraiti
Peşəkar komanda ilə işləmək;
Müxtəlif mebel layihələrində iştirak etmək;
Əməkhaqqının bilik və təcrübəyə uyğun müəyyən edilməsi.
Müraciət qaydası: Namizədlər CV-lərini və varsa, əvvəlki layihələrindən nümunələri təqdim edə bilərlər.
Mebel istehsalı və konstruksiyası sahəsində iş təcrübəsi;
Mebel ölçülərini düzgün götürmək və texniki ölçüləri dəqiq hesablamaq bacarığı;
Mebel dizaynı ilə texniki konstruksiya arasındakı fərqi anlamaq;
AutoCAD, ArchiCad və ya digər uyğun proqramlardan istifadə bacarığı;
Texniki çertyojları oxumaq və hazırlamaq bacarığı;
Dizayner, müştəri və istehsalat komandası ilə effektiv ünsiyyət qurmaq bacarığı;
Məsuliyyətli, dəqiq və işini planlı şəkildə təşkil edən olmaq.
Müştərilərin mənzillərində, evlərində və obyektlərində ölçülərin dəqiq götürülməsi;
Müştərinin istək və tələblərinin öyrənilməsi, mebelin ölçülərinin, funksionallığının və texniki xüsusiyyətlərinin müəyyən edilməsi;
Götürülmüş ölçülərin və müştəri tələblərinin dizaynerə ətraflı izah edilməsi;
Dizaynerlə koordinasiyalı işləmək və layihənin texniki cəhətdən düzgün hazırlanmasına nəzarət etmək;
Hazırlanmış dizayn layihəsinin müştəri ilə müzakirə olunması və son variantın təsdiqlənməsinin təmin edilməsi;
Təsdiqlənmiş dizayn əsasında istehsal üçün ətraflı texniki çertyojların hazırlanması;
Mebel detallarının ölçülərinin, materialların, furnituranın, birləşmələrin və konstruktiv həllərin dəqiq müəyyən edilməsi;
Kəsim siyahısının və istehsal üçün zəruri texniki sənədlərin hazırlanması;
Hazırlanmış layihənin istehsalat əməkdaşlarına izah edilməsi və istehsala təhvil verilməsi;
İstehsal prosesində yaranan texniki sualların həllində iştirak edilməsi.
Əmək haqqı: 1000-1600 AZN
© KAYA DİZAYN · azjob.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.