
4
Məhsul üzrə menecer köməkçisi
Məhsul üzrə menecer köməkçisi
Negotiable
Verified2 days ago
Date
Views4
Number№4552827
Description
Təsvir
Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
İstehlakçıların tələblərinə uyğun olaraq daim lazımı məhsul kateqoriyaları ilə şirkətin təmin edilməsi;
Tabeçiliyində olan məhsul kateqoriyalarının qısamüddətli və uzunmüddətli inkişaf strateqiyalarının hazırlanması və həyata keçirilməsi;
Təchizatçılar ilə uzunmüddətli əlaqələrin qurulması;
Müvafiq sifarişlərin verilməsi və məhsul-kateqoriya ehtiyatının (stok) planlanmasının idarə edilməsi;
Marketinq komandası ilə əməkdaşlığın edilməsi;
Rəqiblərin fəaliyyətlərinin daim araşdırılması və bu araşdırmaların nəticəsi olaraq yeni rəqabətqabiliyyətli strateqiyaların hazırlanması və tətbiq edilməsi;
Məhsul kateqoriyaların genişləndirməyin yeni yollarının tapılması;
Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozlarının və xüsusi hesabat və təhlillərin hazırlanması;
Büdcənin idarə edilməsi və izlənməsi.
Tələblər
Ali təhsil; Maliyyə üzrə
Azərbaycan dili biliyi səlis , rus dili bilgisi və ya ingilis dili bilgisi əla (həm yazı, həm şifahi);
Kosmetika və özünə baxım sahələrində təcrübə arzolunandır;
Analitik düşünmə və riyazi hesablama bacarıqları yüksək;
Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı
Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə;
Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook), 1C proqramı üzrə ümumi biliklər.
İş şəraiti:
İş grafiki: I-V günlər
İş saatı 9:00- 18:00
Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Son müraciət tarixi: 13.11.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/olivia-beauty-care-mehsul-uzre-menecer-komekcisi-153688
ADVERTISEMENT











