Prayk

Metrologiya üzrə Təcrübəçi

Negotiable
Verified3 weeks ago
Date
Views
15
Number
№4546585

Description

İşin təsviri Ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi, attestasiyası və texniki vəziyyətinə nəzarət; Ölçmə vasitələrinin uçotunu aparmaq, yoxlama və kalibrləmə müddətlərini izləmək, müvafiq qrafikləri hazırlamaq və yeniləmək; Yeni alınan ölçmə vasitələrinin və digər avadanlıqların texniki qəbulunda və giriş nəzarətində iştirak etmək; Tərəzilərin planlı və plandankənar texniki xidmətlərinin təşkili prosesində iştirak etmək; Məhsullar üzrə uyğunluq sertifikatlarının alınması üçün tələb olunan sənədlərin və müraciətlərin hazırlanmasına dəstək göstərmək; Metrologiya sahəsi üzrə dövlət, sənaye və müəssisə standartlarının, eləcə də normativ-texniki sənədlərin tələblərinə əməl olunmasına dəstək göstərmək; Ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi və texniki xidməti ilə bağlı sənədləşmə işlərini aparmaq və müvafiq qeydləri yeniləmək. Tələblər Metrologiya, ölçmə və nəzarət cihazları, mexanika, elektrik-elektronika, avtomatika, maşınqayırma və ya digər uyğun texniki ixtisaslar üzrə bakalavr təhsili; 0–6 ay iş təcrübəsi; müvafiq sahədə ilkin bilik və təcrübənin olması üstünlükdür; Azərbaycan dilində sərbəst ünsiyyət, Rus və ingilis dillərini bilmək üstünlükdür; Metrologiya və ölçmə vasitələri haqqında ilkin biliklər; Ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi prinsipləri barədə ilkin anlayış; Texniki sənədlərlə işləmək və sənədləşmə aparmaq bacarığı; MS Office proqramlarından və ERP sistemlərindən istifadə bacarığı. İş şərtləri Karyera və peşəkar inkişaf üçün əla imkanlar; Rəqabətli əmək haqqı və illik bonus; Əmək haqqı razılıq əsasında təyin olunur; Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması; Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı; Nahar şirkət tərəfindən verilir; İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 13.11.2026

© METAK jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp