Prayk

Mühasib

Negotiable
Verified1 weeks ago
City
Bakı
Category
Finance
Date
Number
№2669642

Description

İş barədə məlumat Vəzifələr: - Vergi məcəlləsinin və Milli Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu qurur; - Vergiləri və DSMF ayırmalarını düzgün hesablamaq və vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil edir; - Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir; - Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin edir; - Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edir; - Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunu aparır; - Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq; - Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını keçirmək; - İdxal Gömrük Bəyannamələri əsasında malların maya dəyərini hesablamaq; - Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək; - Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək; - Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr edir;(ölkədaxili və ölkəxarici) - Gördüyü işlərlə bağlı aylıq hesabatlar tərtib edir; - Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlayır; - Məxfilik prinsiplərini pozmamaq. İş şəraiti: - Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə - 5 günlük iş rejimi - Əmək haqqı 1000-1500 azn aralığı. Namizədə tələblər - Azı 1 il local consultinq sahəsində mühasiblik təcrübəsi olmalıdır. - Vergi qanunvericiliyini və Milli Mühasibat uçotunu mükəmməl bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməlidir. - Beynəlxalq Mühasibat uçotunu bilməsi arzuolunandır - 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (İstehsal və satış və s.) - Azərbaycan dili mükəmməl,rus və ingilis dili biliyi arzuolunandır - Excell proqramında yüksək səviyyədə işləmə bacarığı - Analitik düşüncə proqnoz etmə bacarıqları, - Problemləri təhlil və həll etmə bacarığı - PMS sertifikatı (KOS və ya MHBS). Maraqlanan namizədlər, xahiş edirik vakansiyanın adını yazıb, CV-lərinizi elektron ünvanına yollayasınız. Şəhər: Bakı Yaş: 22 - 40 yaş Təhsil: Ali İş təcrübəsi: 1 ildən 3 ilə qədər Əmək haqqı: 1000 - 1500 AZN

Similar listings