
8
Mühasib

Negotiable
Mühasib
AnalyzedToday
Date
Views8
Number№4845081
Description
İş şəraiti
Şəhər: Bakı
İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00-14:00 nahar vaxtı)
Əmək haqqı: Razılaşma əsasında
Əsas vəzifə və öhdəliklər
Gündəlik mühasibat əməliyyatlarının düzgün və vaxtında uçota alınması;
Mühasibat əməliyyatlarının 1C proqramına daxil edilməsi və müvafiq hesablar üzrə məlumatların yoxlanılması;
Bank əməliyyatlarının aparılması, internet bankçılıq sistemi üzərindən ödəniş və köçürmələrin həyata keçirilməsi;
Bank hesabları üzrə əməliyyatların mühasibat uçotu məlumatları ilə üzləşdirilməsi;
Elektron qaimə-fakturaların hazırlanması və müvafiq əməliyyatların uçota alınması;
Debitor və kreditor borclarının uçotunun aparılması və üzləşdirilməsi;
Vergi hesablamalarının aparılmasında və vergi bəyannamələrinin hazırlanmasında iştirak;
Dövlət qurumlarına təqdim edilən hesabatlar üçün müvafiq məlumatların hazırlanması;
Aylıq, rüblük və illik bağlanış proseslərində iştirak və tələb olunan məlumatların təqdim edilməsi;
Maliyyə hesabatlarının hazırlanması üçün zəruri mühasibat məlumatlarının toplanması və yoxlanılması;
Mühasibat uçotu məlumatlarının analitik cədvəllər və köməkçi reyestrlərlə üzləşdirilməsi;
Audit və digər yoxlamalar zamanı tələb olunan mühasibat sənədlərinin və məlumatlarının hazırlanmasına dəstək göstərilməsi;
Mühasibat və vergi uçotu üzrə qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi.
Namizədə tələblər
Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
Mühasibatlıq və ya maliyyə sahəsində minimum 1 il iş təcrübəsi;
Azərbaycan Respublikasının mühasibat və vergi qanunvericiliyi üzrə əsas biliklər;
PMS I və PMS II sertifikatlarına malik namizədlərə üstünlük verilir;
1C mühasibat proqramı ilə işləmək bacarığı;
MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı işləmək bacarığı;
Azərbaycan dili – əla, ingilis dili – orta və ya yaxşı səviyyədə; rus dili arzuolunandır;
ACCA F3 (Financial Accounting), ACCA F7 (Financial Reporting) üzrə sertifikatlar;
Yüksək analitik və riyazi düşünmə qabiliyyəti;
Diqqətlilik, məsuliyyətlilik və dəqiqlik;
Komandada işləmək, tapşırıqları vaxtında və düzgün yerinə yetirmək bacarığı
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və mövzu sətrində “Mühasib” qeyd edin.
Son müraciət tarixi: 19.11.2026
Listing source
Open the original listing© ABB-İnvest İnvestisiya Şirkəti QSC jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT








