Prayk

Mühasib

800 ₼
Verified1 months ago
CityBakı
CategoryFinance

№4995969·Views: 26

Description

Əlavə məlumatlar: - Əmək haqqı Namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı təyin olunacaqdır. - İş yeri Nizami m/stansiyasının yaxınlığı,Capital Tower Residence - İş rejimi: 5 gün/Saat 09:00-18:00 Tələblər: - Ali təhsil(Maliyyə,vergi və ya mühasibat uçotu sahəsində ) - Müvafiq sahədə ən az 3 il iş təcrübəsi - Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı(Excel bilikləri yüksək səviyyədə olan namizədlərə üstünlük veriləcəkdir) - İdarəetmə,analitik təhlil və təşkilatçılıq qabliyyəti - Mükəmməl səviyyədə Vergi Qanunvericiliyi bilikləri - Məsuliyyətli,ünsiyyətcil olmaq və komandada işləmək bacarığı Vəzifə öhdəlikləri: - Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili - Müəssisənin Maliyyə/mühasibat və vergi uçotunun aparılması,qurulması - Kassa,bank əməliyyatlarının həyata keçirilməsi,düzgünlüyünün yoxlanılması - Qaimə və vergi hesab fakturaların yazılması - Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi - Debitor və kreditor hesablaşmaların aparılması və nəzarət edilməsi - Əmək haqqı hesablanmasını etməsi,ə/h-na nəzarət və düzgün hesablanmasının kontrol edilməsi - Əsas vəsaitlərin alınması, istismara verilməsi, balansdan silinməsi, köhnəlməsinin hesablanması - Mal-materialların uçotunun aparılması,nəzarət edilməsi - İxrac və idxal əməliyyatlarının uçotunun aparılması,dəyərinin hesablanması - Gündəlik və aylıq,illik hesabatlarınin tərtib edilməsi,düzgünlüyünün yoxlanılması - Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması - Aylıq, rüblük və illik vergi, Statistika və DSMF hesabatlarının hazırlanması və aidiyyəti üzrə orqanlara təqdim edilməsi - Aylıq olaraq satış və alış qaimələrinin sistem ilə düzgünlüyünün yoxlanılması və ona nəzarət edilməsi Maaş: 800-1500 AZN Yaş: 22-40 Təhsil: Ali İş təcrübəsi: 3 ildən 5 ilə qədər

© Your Consulting boss.az · The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT