Prayk

Mühasib köməkçisi

650 ₼
VerifiedYesterday
CityBakı
CategoryFinance

№6408049·Views: 13

Description

Əməkhaqqı: 650 AZN (NET); İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 17:00 | Şənbə: 10:00 – 15:00 (Bazar günü istirahət); Nahar: Şirkət tərəfindən təmin olunur (Nahar fasiləsi: 13:00 – 14:00); Ünvan: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 11/31 (Babək Plazanın yaxınlığı). Uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Öhdəliklər İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin düzgün rəsmiləşdirilməsi; Mühasibat sənədlərinin müvafiq qaydada uçotunun aparılması və arxivləşdirilməsi; Hesab-fakturaların, elektron qaimələrin, təhvil-təslim və üzləşmə aktlarının hazırlanmasında iştirak; Onlayn kargüzarlıq üzərindən daxil olan məktubların vaxtında aidiyyəti şəxslərə yönləndirilməsi; Debitor və kreditorlarla elektron poçt vasitəsilə işgüzar yazışmaların aparılması; Şirkətin gündəlik mühasibat əməliyyatlarının 1C proqramında əks etdirilməsi; Mal-materialların giriş-çıxış əməliyyatlarının yoxlanılması və müvafiq sənədlər əsasında 1C proqramına işlənməsi; Hazır məhsulların anbarlararası yerdəyişməsinin sistemdə qeydiyyatı; İstehsalat prosesi üzrə əməliyyatların 1C proqramında uçota alınması; Bank çıxarışlarının sistemə daxil edilməsi və ödəniş sənədlərinin hazırlanmasına dəstək; Anbar qalıqlarına 1C proqramı üzərindən nəzarət edilməsi və sistem məlumatlarının faktiki göstəricilərlə üzləşdirilməsi. Tələblər Mühasibatlıq və ya maliyyə sahəsi üzrə ali təhsil; Müvafiq sahədə iş təcrübəsi (1 ildən 3 ilədək); Vergi qanunvericiliyi və mühasibat uçotu üzrə biliklər; 1C və MS Office proqramlarında işləmək bacarığı; Məsuliyyətli, diqqətli və operativ olmaq.

© Steelstone busy.az · The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT