Prayk
Müştəri xidmətləri üzrə iqtisadçı — Maliyyə
Negotiable

Müştəri xidmətləri üzrə iqtisadçı

AnalyzedYesterday
Category
Finance
Date
Views
3
Number
№5023614

Description

Vəzifə öhdəlikləri: İstilik enerjisinin satışı üzrə uçotun aparılması və satış göstəricilərinin təhlil edilməsi; Abonentlər üzrə hesablanmış məbləğlərin, daxil olmuş ödənişlərin və debitor borclarının uçotunun aparılması; İstilik enerjisinin satışına, ödənişlərə və debitor borclarına dair dövri hesabatların hazırlanması; Vətəndaşların istilik enerjisinin hesablanması, borc məbləğləri və ödənişlərlə bağlı müraciətlərinin araşdırılması, cavablandırılması; Abonentlər üzrə borcların yaranma səbəblərinin araşdırılması və borcların azaldılması istiqamətində təkliflərin hazırlanması; Ödənişlərin vaxtında və düzgün həyata keçirilməsinin təşkili istiqamətində müvafiq işlərin görülməsi; Abonent uçotu və hesablaşmalarla bağlı uyğunsuzluqların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti üzrə tədbirlərin görülməsi; Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi. Namizədlərə tələblər aşağıdakı kimidir: İqtisadiyyat, maliyyə, mühasibat uçotu və ya əlaqəli ixtisaslar üzrə ali təhsil; Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır; Microsoft Office proqramlarında, xüsusilə Microsoft Excel proqramında sərbəst işləmək bacarığı; Hesabatların və xidməti sənədlərin hazırlanması bacarığı; Analitik düşünmə və məlumatları təhlil etmək qabiliyyəti; Vətəndaş müraciətləri ilə işləmək və rəsmi yazışmalar aparmaq bacarığı; Dəqiqlik, məsuliyyətlilik, operativlik və ünsiyyət qurmaq bacarığı. İş mühiti İş yeri: Qaradağ rayonu, Lökbatan qəsəbəsi və Müşfiqabad qəsəbəsi. Vəzifə funksiyaları təsdiq olunmuş vəzifə təlimatlarına əsasən icra olunur. İş vaxtı- Bazar ertəsi-cümə  08:30-17:30 Əmək bazarına uyğun rəqabətli əmək haqqı təklif olunur. Göstərilən tələblərə cavab verən namizədlərdən (Qaradağ rayonu ərazisində yaşayanlara üstünlük veriləcək) CV-lərini mövzu hissəsinə “İqtisadçı” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Son müraciət tarixi: 22.11.2026

© Azəristiliktəchizat ASC jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp