Core Construction MMC öz komandamıza qoşulmaq üçün HOWO və digər özüboşaldan yük maşınlarını idarə etmək bacarığı olan təcrübəli sürücülər axtarır.
Vəzifə öhdəlikləri:
Özüboşaldan yük maşınlarının təhlükəsiz və düzgün idarə edilməsi;
Tikinti sahəsində torpaq, qum, çınqıl və digər materialların daşınması;
Nəqliyyat vasitəsinin texniki vəziyyətinə gündəlik nəzarət edilməsi;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunması;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və məsuliyyətlə yerinə yetirilməsi.
Namizədə tələblər:
Müvafiq kateqoriyalı sürücülük vəsiqəsinin olması;
HOWO və digər özüboşaldan yük maşınlarını idarə etmək bacarığı;
Ağırtonnajlı nəqliyyat vasitələrinin idarə olunması üzrə təcrübə;
Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
Tikinti sahəsində işləməyə hazır olmaq.
İş şəraiti:
İş yeri: Kəlbəcər rayonu
İşçilər üçün yemək təmin edilir.
Maraqlanan namizədlər CV-lərini Özüboşaldan yük maşını sürücüsü başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/198037/ozubosaldan-yuk-masini-surucusu-kelbecer-rayonu
ADVERTISEMENT
We use cookies Analytics only with your consent; essential cookies are always on.Privacy policy