
6
Qaldırıcı Maşinisti

Negotiable
Qaldırıcı Maşinisti
AnalyzedToday
Date
Views6
Number№4880490
Description
Qaldırıcı Maşinisti
Ünvan: Qum Adası, Bakı, Azərbaycan
İş qrafiki: 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)
Nəqliyyat: Şirkət tərəfindən servis avtobusları ilə təmin olunur (işə gediş-gəliş)
Vəzifə haqqında
Qaldırıcınn Maşinisti vəzifəsinin məqsədi quyu əməliyyatları zamanı boruların (drill pipe, tubing, casing və s.) təhlükəsiz, dəqiq və HSE tələblərinə uyğun şəkildə qaldırılmasının və endirilməsinin təmin edilməsi, quyu avadanlıqlarının və personalın təhlükəsizliyinin qorunmasının həyata keçirilməsidir.
Əsas vəzifə öhdəlikləri
Quyu əməliyyatları zamanı boruların qaldırılması və endirilməsi işlərinin icra edilməsi.
Qaldırıcı mexanizmlərin (Traktor, A-50, A-80, QBQ-120, QBQ-160 və s.) və köməkçi avadanlıqların düzgün idarə edilməsi.
Quyu rəhbərinin göstərişlərinə uyğun hərəkət edilməsi.
Qaldırma əməliyyatlarından əvvəl avadanlıqların texniki vəziyyətinin yoxlanılması.
Boruların qaldırılması zamanı balansın və sürətin düzgün tənzimlənməsinin təmin edilməsi.
Yük həddlərinin və əməliyyat limitlərinin aşılmamasının təmin edilməsi.
Quyu rəhbəri ilə koordinasiyalı işin həyata keçirilməsi.
İş zamanı HSE qaydalarına və quyu prosedurlarına ciddi riayət edilməsi.
Qeyri-standart vəziyyətlərdə əməliyyatın dərhal dayandırılması və rəhbərliyin məlumatlandırılması.
Görülmüş işlər üzrə qeydlər və əməliyyat hesabatlarının hazırlanmasına dəstəyin göstərilməsi.
Kvalifikasiya tələbləri:
Orta ixtisas və ya texniki peşə təhsili (mexanika, avtomobil texnikası, mühərrik texnikası və ya əlaqəli texniki sahə üzrə)
Qaldırıcı maşinisti üzrə etibarlı sertifikat/vəsiqə
Damba yolu və məhdud ərazilər üzrə xüsusi texnikanın hərəkət qaydaları və təhlükəsiz idarəetmə tələbləri üzrə biliklər
Quyu qaldırma sistemləri və mexanizmləri üzrə biliklər
Boru növləri və onların xüsusiyyətləri (drill pipe, tubing, casing)
Yükqaldırma hədləri və təhlükəsizlik limitləri üzrə biliklər
Radio və əl siqnalları ilə işləmə bacarığı
Təhlükəsizlik və risk intizamı
Davamlı öyrənmə və təkmilləşdirmə
Əməkdaşlıq və komanda işi
Məsuliyyət, dürüstlük və hesabatlılıq
İnsanlara və iş mühitinə qayğı
Təklif edirik:
Peşəkar inkişaf və davamlı öyrənmə imkanları.
Əhəmiyyətli və təsirli layihələrdə iştirak imkanı.
Şirkət tərəfindən nəqliyyat xidməti.
Rahat və komanda yönümlü iş mühiti.
Rəqabətədavamlı əmək haqqı və sosial paket.
Qeyd: Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 20.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/bahar-energy-operating-company-qaldirici-masinisti-154232
ADVERTISEMENT














