
Bakı3
Qeydiyyatçı / Koordinator (klinika)
Qeydiyyatçı / Koordinator (klinika)
Negotiable
VerifiedToday
CityBakı
Date
Views3
Number№4898163
Description
Swissdent klinikası olaraq həm şəxsi, həm də karyera olaraq daim inkişafa və elmlənməyə meyilli, sosial məsilyyətli və insana dəyər verən, o cümlədən yüksək şəxsi keyfiyyətlərə və motivasiyaya sahib şəxsləri hazırda genişlənməkdə olan komandamıza qoşulmağa dəvət edirik.
İş barəsində məlumat:
Pasiyentlər üçün komfortlu, planlı və sürətli müalicə şəraitinin təşkili və təmini
Pasiyentlərlə klinika daxili və müalicə sonrası ünsiyyətin qurulması
Ziyarət zamanı pasiyentlərin klinika daxili hərəkətinin təşkili və nəzarətdə saxlanılması
Müalicə planının qeydiyyatının aparılması
Müalicə planının tərkibi, mərhələləri, ödəniş üsulları haqqında pasiyentlərin məlumatlandırılması
Xəstələrin müayinəsi və müalicəsi zamanı pasiyenti müşayiət
Xəstələrə klinika xidmətlərinin və müalicə variantlarının təqdimatı və satışının təmini
Xəstə məmnuniyyətinin və loyallığının təmini və artırılması
Tələb olunduğu qaydada müvafiq hesabatların hazırlanması
6 günlük iş rejimi
Tələblər:
Ali təhsil
Stomatoloji klinikada təcrübəsi olanlara üstünlük veriləcək
MS Office (Word, Excel, Outlook) proqramlarında işləmə bacarığı
Azərbaycan dilində səlis danışıq, Rus dili arzu olunandır
Yüksək səviyyədə müştəriyönümlülük və ünsiyyət qabiliyyəti (səlis nitq, empatiya qurma, dinləmə)
Təşkilatçılıq və problem həll etmə bacarığı
Biznes etikaya həssaslıq, stressə davamlılıq, komandada işləmə qabiliyyəti
Satış və marketinqdə iş təcrübəsi üstünlükdür
Maraqlananlar şəxslər mövzu hissəsinə “Koordinator” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət edə bilər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/199874/qeydiyyatci-koordinator-klinika
ADVERTISEMENT





